Kamandar Şərifovun 70 illiyinə həsr olunmuş seminar keçirilmişdir
2010-cu il yanvarın 29-da Əlyazmalar İnstitutunun akt zalında institutun şöbə müdiri, filologiya elmləri doktoru Kamandar Kazım oğlu Şərifovun anadan olmasının 70 illiyinə həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə AMEA institutlarının və respublika ali məktəblərinin nümayəndələri də iştirak etmişlər. Yığıncağı giriş sözü ilə institutun direktoru M.Adilov açmış, direktor müavini P.Kərimov Kamandar Şərifovun keçdiyi şərəfli ömür yolu və yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir. Toplaşanlar yubilyarı təbrik etmiş, onunla bağlı maraqlı xatirələrini danışmışlar. Tədbirlə bağlı K.K.Şərifovun nəşr etdirdiyi kitabların sərgisi nümayiş etdirilmişdir.
|