Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
   
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                   

 

  
Baş səhifə
İnstitutun tarixi
Direktor
Direktor əvəzi
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 

Əlyazmalar İnstitutu əməkdaşlarının yeni kitabları

«Elm və təhsil» nəşriyyatı AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Azadə Musabəylinin «Bağdadda yaranan Azər-baycan ədəbiyyatı və Ruhi Bağdadi divanı» kitabını iki cilddə nəşr etmişdir.
Ümumi həcmi 962 səhifə olan əsərdə XVI əsrdə Bağdadda yaranan Azərbaycan ədəbiyyatı şərh edilmiş, Füzulidən sonra Bağdadın yetiş-dirdiyi ən böyük Azərbaycan şairi Ruhinin poetik irsi əlyazma qaynaqları əsasında əhatəli şəkildə araşdırılmış, divanının dünyanın müxtəlif əlyazma mərkəzlərində mühafizə edilən 7 nüsxəsi əsasında hazırlanmış elmi-tənqidi mətninin transfoneliterasiyası kitaba daxil edilmişdir. Xatırlatmaq lazımdır ki, bu Ruhi Bağdadi divanının Azərbaycanda təkmilləşdirilmiş ikinci nəşridir.

«Nurlan» nəşriyyatı AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Səmədovanın «İnsan, zaman və həyat həqiqəti» monoqrafiyasını nəşr etmişdir. Kitabda XI əsrdən dövrümüzə qədər yaşayıb-yaratmış bir sıra Azərbaycan ədiblərinin və sənət adamlarının əsərlərində, gündəlik, tərcümeyi-hal və xatirələrində şəxsiyyət və mühitin əksi, həyat həqiqətinin təsviri məsələləri ətrafında fikirlər yürüdülmüş, insan, zaman və həyatın real təcəssümü olan memuar nümunələri təhlil edilmişdir.
264 səh. həcmində olan əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.

AMEA Əlyazmalar İnstitutu əməkdaşlarının tərtib etdikləri «Əski çap kitabları kataloqu»nun IV cildi «Nurlan» nəşriyyatında işıq üzü görmüşdür. Kataloqa AMEA Əlyazmalar İnstitutunun əski çap kitabları xəzinəsində mühafizə edilən rusdilli, fransızdilli almandilli və ingilisdilli materiallar haqqında yığcam informasiya daxil edilmişdir. 192 səhifə həcmində olan kitabı M.Adilov, S.Sadıqova, S.Əliyeva, S.Hacıyeva və Ü.Əsədzadə nəşrə hazırlamışlar.