Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

22.10.2013

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin növbəti nəzəri-metodoloji seminarı keçirilmişdir

21 oktyabr 2013-cü il tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Humanitar və İctimai Elmlər Bölməsi nəzdində fəaliyyət göstərən nəzəri metodoloji seminarın növbəti iclası keçirilmişdir.
Fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin sədrliyi ilə keçirilən iclasda fil.ü.e.d., prof. Gövhər Baxşəliyeva, fil.ü.e.d. Muxtar İmanov, fil.ü.e.d. Paşa Kərimov, sən.ü.f.d. Sürəyya Ağayeva, fil.ü.e.d. Məhəbbət Mirzəliyeva, fil.ü.e.d. Məsud Mahmudov, fəl.ü.e.d. Adil Əsədov, fil.ü.e.d. Rəhilə Qeybullayeva, fil.ü.e.d. Xatirə Bəşirli, fəl.ü.e.d Arzu Hacıyeva, t.ü.f.d. Nərgiz Əliyeva və bir sıra görkəmli tədqiqatçılar, mütəxəssislər iştirak etmişlər.
Seminarı fəl.ü.e.d. Z.Quluzadə açaraq gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırmış və onları mövzu ətrafında disskusiya aparmağa dəvət etmişdir.
Seminarda fil.ü.e.d. Paşa Kərimov “Əlyazma irsimizin qorunması, tədqiqi və təbliği” mövzusunda məruzə etmişdir. O, öz məruzəsində Azərbaycanın müxtəlif regionlarından: Quba, Qəbələ, Gəncə və s. toplanmış, Əlyazmalar İnstitutunda və xaricdə saxlanan əlyazmaların tədqiqi, qorunması, saxlanılması ilə bağlı görülmüş işlərdən və bu sahədəki çətinliklərdən bəhs etmişdir. Alim, həmçinin bildirmişdir ki, dünyada elə bir böyük Şərq mədəniyyəti eksponatları muzeyi, Şərq əlyazmaları kitabxanası yoxdur ki, orada Azərbaycan xalqının maddi, mənəvi sərvəti olan yazılı abidələrimiz saxlanmasın. Bu gün London, Paris, Vatikan, Drezden, Nyu-York, Sarayevo, İstanbul, Qahirədə böyük Azərbaycan alim və şairlərinin əsərlərinin əlyazmaları mühafizə edilməkdədir. O qeyd etmişdir ki, müstəqillik şəraitində yaşadığımız son dövrlərdə əlyazmalarımızın surətlərinin xarici ölkə kitabxanalarından alınması xeyli artmışdır. Vatikanın Apostol kitabxanasından, ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərindəki Volters İncəsənət Muzeyindən, Paris Milli Kitabxanasından, bir sıra digər kitabxanalardan Azərbaycan tarixinə, mədəniyyətinə, elminə və ədəbiyyatına dair yüzlərlə əlyazmanın surətləri əldə edilmiş, hətta Heydər Əliyev Fondunun yardımı ilə Vatikanın Apostol kitabxanasında saxlanan bir sıra əlyazmalarımızın bərpasına nail olunmuşdur.
Fil.ü.e.d. P.Kərimov Çexiya və Polşa respublikalarında ölkəmizlə bağlı qiymətli əlyazmaların mövcudluğunu xüsusi vurğulamışdır. O, Gürcüstan Respublikasında aşkarlanan əlyazmaların daha çox mövludnamələrdən ibarət olduğunu, ümumilikdə isə müxtəlif kitabxanalarda, ayrı-ayrı şəxslər tərəfindən qorunan əlyazmalar arasında dini məzmunlu əsərlərin üstünlük təşkil etdiyini nəzərə çatdırmışdır.

Məsələyə münasibətini bildirən fil.ü.e.d. M.İmanov müxtəlif ölkələrin kitabxanalarında saxlanılan əlyazmalarımızın əldə edilməsi məqsədi ilə iri planlı ezamiyyələrə ehtiyacın olduğunu vurğulamışdır.
İclasda çıxış edən sən.ü.f.d. S.Ağayeva isə musiqi tariximizin orta əsrlər dövründə müəyyən boşluqların olduğunu diqqətə çatdırmışdır. O dövrün bir çox nümunələrinin günümüzə gəlib çıxmadığını bildirən S.Ağayeva demişdir: “Sankt Peterburq kitabxanalarında türk-osmanlı dilində çoxlu əlyazmalar vardır, onlar bizim tariximizin bir hissəsidir, ona görə o nümunələri mütləq əldə etmək lazımdır”.
Professor G.Baxşəliyeva əlyazmaların toplanılması və tədqiqində yüksək nəticə əldə etmək üçün ilk öncə mövcud elmi kadrların himayə olunmasının vacibliyini xüsusi vurğulamış, yeni nəslin yetişdirilməsinə diqqətin artırılmasını, habelə əlyazmaların sistemli şəkildə toplanılmasını təklif etmişdir.
Daha sonra fəl.ü.e.d. Z.Quluzadə 14-15 noyabr 2013-cü il tarixində Dərbənd şəhərinin 2000 illiyi ilə bağlı “Qafqaz Albaniyasının dövlət dini kimi Dərbənddə xristianlığın qəbul olunmasının 1700 illiyi” mövzusunda Dərbənd şəhərində keçiriləcək Ümumrusiya elmi-praktiki konfransı haqqında məlumat vermiş, qeyd olunan konfransda azərbaycanlı alimləri, xüsusən tarixçiləri fəal iştirak etməyə dəvət etmişdir. O, konfransa göndərəcəyi “Qafqaz xalqlarının tarixən tolerantlığı. Dərbənddə xristianlığının 1700 illiyi” adlı məruzəsini oxumuş və bildirmişdir ki, müsəlmanların üstünlük təşkil etdiyi Dərbənddə islam dini ilə yanaşı, xristianlıq da olmuşdur. Məruzə ətrafında geniş müzakirə aparılmış, fəl.ü.e.d. Adil Əsədov, fil.ü.e.d. Elxan Məmmədli, t.ü.f.d. Nərgiz Əliyeva, fəl.ü.e.d. Arzu Hacıyeva, fil.ü.e.d. R.Qeybullayeva və başqaları çıxış edərək bir sıra təklif və tövsiyələrini irəli sürmüşlər.
Sonda seminar üzvləri “Azərbaycan əlyazmalarının mühafizəsi” ilə bağlı YUNESKO-ya, AMEA Rəyasət Heyətinə, müxtəlif xarici ölkələrə müraciət olunması, bunun üçün xüsusi komissiya yaradılmasının, islam bölgəsi xalqlarının əlyazmalarının mühafizəsi haqqında xüsusi proqramların təşkil olunması, eləcə də əlyazmaların toplanılması sahəsində xidmət göstərən şəxslərə elmi dərəcələrin verilməsi üçün Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasına müraciət olunmasının gərəkliyini qərara almışlar.
Məruzə seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.