«Türk təzkirəçiliyi»
 «Elm və təhsil» nəşriyyatında Əlyazmalar İnstitutunun əməkdaşı Vüsalə Musalının «Türk təzkirəçiliyi» adlı biblioqrafiyası çapdan çıxmışdır.
Kitabda türk xalqlarının təzkirəçilik ənənəsindən bəhs olunmuş, təzkirələrin mənşəyi və strukturu haqqında məlumat verilmiş, Herat təzkirəçilik məktəbi, İran, Osmanlı və Azərbayjan təzkirəçiliyi tarixinə nəzər salınmışdır. Əsərdə Azərbayjan və Osmanlı şair təzkirələrinin dünyanın müxtəlif əlyazma xəzi¬nələrinə səpələnmiş əlyazma nüsxələrinin elmi-paleoqrafik xüsusiyyətləri verilmiş, təzkirələrə həsr olunmuş kitab, məqalə və dissertasiyaların biblioqrafik təsviri yer almışdır.
|