
“Musiqiyə dair risalələr” “Nurlan” nəşriyyatında Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının tərcümə etdiyi “Musiqiyə dair risalələr” kitabı çapdan çıxmışdır. Kitaba musiqiyə həsr olunmuş iki orta əsr əlyazmasının tərcüməsi daxil edilmişdir. Bu əsərlərdən birincisi müəllifi məlum olmayan “Risaleyi-musiqi”, digəri isə Əmir Xan Kövkəbi Gürcinin “Risalə dər musiqi”sidir. Fars dilində yazılmış hər iki risalədə muğam sənətinə dair dəyərli məlumat verilmiş, məşhur şairlərin və musiqişünas alimlərin şeirlərindən istifadə edilmişdir. Hazırki nəşr həm mütəxəssislər, həm də bütün musiqisevər oxucular üçün nəzərdə tutulmuşdur. |