“XVII əsr anadilli Azərbaycan poeziyası” “Nurlan” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimovun “XVII əsr anadilli Azərbaycan poeziyası” adlı kitabı çapdan çıxmışdır. Kitaba adları ədəbiyyat tarixinə düşməmiş, az tanınan və ya anadilli şeirləri barədə məlumatımız olmayan Sadiq bəy Əfşar, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Təsir Təbrizi, Şükri haqqında portret-oçerklər, XVII əsr anadilli poeziyamızın müxtəlif məsələlərinə dair məqalələr daxil edilmişdir. |