Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
   
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                   

 

  
Baş səhifə
İnstitutun tarixi
Direktor
Direktor əvəzi
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
DİREKTOR
Məmməd Musa oğlu Adilov

Məmməd Musa oğlu Adilov, filologiya elmləri doktoru, 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1976-cı ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir, 1984-cü ilin sentyabrından Əlyazmalar İnstitutunda işləyir. 2003-cü və 2008-ci illərdə institutun direktoru vəzifəsinə seçilmişdir. İndiyədək 16 kitab, 200-dək məqalə nəşr etdirmiş, 100-dən artıq kitabı redaktə etmişdir. İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
1999-cu ildə «Kitabi-Dədə Qorqud»un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvüdür. «Əlyazmalar xəzinəsində» jurnalının baş redaktorudur.
2003-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı, 2005-ci ildə isə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

17 oktyabr 2011-ci il tarixində vəfat etmişdir.