 |
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin işçiləri |
1986-cı ildə təsis olunmuşdur.
Əsas fəaliyyət istiqaməti: Azərbaycan və başqa müsəlman xalqlarının Əlyazmalar İnstitutunda saxlanılan ərəbdilli abidələrinin tədqiqi və nəşri; mənbəşünaslığın elm və mədəniyyət tarixinə aid müxtəlif məsələlərinin tədqiqi; islamşünaslıq problemlərinin tədqiqi; klassik əsərlərin elmi-tənqidi mətnlərinin hazırlanması.
Şöbədə institutda saxlanılan ərəbdilli əlyazmaların üç cildlik kataloqu nəşr edilmişdir. Hazırda sonrakı cildlər üzərində iş gedir. Şöbənin əməkdaşları ayrı-ayrı orta əsr ərəbdilli yazılı abidələrinin filoloji-tekstoloji tədqiqi, Azərbaycan arxeoqrafiya və paleoqrafiyasının aktual problemləri, orta əsr mətnşünaslıq məsələlərinin nəzəri əsaslandırılması və praktiki icrası, elm və ədəbiyyat tarixinə dair mühüm abidələrin elmi tənqidi mətnlərinin tərtibi və faksimile nəşri, tərcümə abidələrinin öyrənilməsi istiqamətində işləyirlər. İlahiyyat elmləri ilə bağlı olan çoxsaylı ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri sahəsində aparılan araşdırmalar da şöbədə əsas yer tutur. Burada islamşünaslığın ayrı-ayrı məsələləri, bu sahədə fəaliyyət göstərmiş orta əsr Azərbaycan alimləri və onların elmi irsi üzərində samballı elmi araşdırmalar aparılır.