 |
Fəxrəddin Vəli oğlu Əliyev |
1938-ci il mayın 10-da Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. 1974-cü ildən AMEA Əlyazmalar İnstitutunda işləyir. Onun “Kitai-Dədə Qorqud” mövzusunda çəkdiyi miniatürlər, eləcə də Xaqani, Xacə Nəsirəddin Tusi, Füzuli, Vaqif və b. klassiklərin əsərləri əsasında işlədiyi miniatürlər, həmçinin Azərbaycan mədəniyyət xadimlərinin və dünya əlyazma mütəxəssislərinin portretləri Əlyazmalar İnstitutunda saxlanılır. Bir sıra başqa əsərləri Respublikanın ayrı-ayrı mədəniyyət mərkəzlərində nümayiş etdirilir. F.V.Əliyev AMEA Əlyazmalar İnstitutunun nəşr etdirdiyi kitabların bədii tərtibatında da yaxından iştirak edir.
|