 |
Laboratoriya müdiri Seyfəddin Məmmədvəliyev |
Seyfəddin Mənsim oğlu Məmmədvəliyev 1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1960-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1975-ci ildə isə M.Əliyev adına İncəsənət İnstitutunu bitirib.
1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır, indi fotolaboratoriya müdiridir. Eləcə də o, xəttatlıqla ardıcıl məşğul olur. 2000-ci ildə haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən “İki ömür” adlı televiziya filmi çəkilib. “Soltan Məhəmməd”, “Rəhil” əsərləri Almaniyanın Berlin şəhərindəki İslam Mədəniyyəti Muzeyinin ekspozisiyasında saxlanılır. M.Füzulinin 500 illiyilə bağlı YUNESKO-nun xəttilə Fransanın Paris şəhərində keçirilən yubiley tədbirində şairə həsr etdiyi iki iş nümayiş olunub. Əlyazmalar İnstitutunun ekspozisiyasında Azərbaycanın on iki klassikinin adı ilə bağlı işləri ardıcıl sərgilənir. Bir sıra əsərləri Bakıda və dünyanın çeşidli ölkələrindəki şəxsi kolleksiyalarda saxlanılır. “Regionların inkişafı” İctimai Birliyi “İnsanlar, ağaclar” adı altında 24 əsərindən ibarət açıqcalar toplusunu buraxıb.
2007-ci il noyabrın 9-16-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xəttilə Səudiyyə Ərəbistanında keçirilən “Azərbaycan Mədəniyyət Günləri” çərçivəsində təşkil olunan sərgidə iştirak edib.
www.xettatseyfeddin.com |