ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

22.02.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA İNGİLİS DİLİ KURSU TƏŞKİL EDİLİR

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 15 fevral 2016-cı il tarixli AMEA-nın elmi müəssisələrində elmi mühazirələrin və xarici dil kurslarının təşkili haqqında 123 saylı sərəncamına uyğun olaraq, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda doktarant, dissertant və əməkdaşlar üçün ingilis dili kurslarının təşkili bu ildə davam etdirilir. Kursun təşkilində məqsəd AMEA-da çalışan elmi işçilərin xarici dil biliklərinin yüksəldilməsidir. 


22.02.2018

İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Cavid Cəfərov İtaliyanın Bolonya Universiteti tərəfindən nəşr olunan “Conservation Science in Cultural Heritage” (“Mədəni irsdə bərpaşünaslıq”) jurnalının redaksiya heyətinə üzv seçilib (jurnalın redaksiya heyətinin səhifəsi:
https://conservation-science.unibo.it/pages/view/advisory.)


21.02.2018

ƏMƏKDAŞLARIMIZ HİNDİSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli və həmin şöbənin elmi işçisi Tahirə Əliyeva 8-10 Fevral 2018-ci il tarixində Hindistanın Guvahati şəhərində Guvahati Universiteti Fars dili fakültəsinin təşkil etdiyi “Mədəniyyətlərarası dialoq;  Hindistan, İran, Türkiyə və Orta Asiya  arasında elmi və mədəni ideyaların mübadiləsi”(Sasani və Gupta sülalələrinə xüsusi istinad olunmaqla) adlı 3 günlük Beynəlxalq Seminarda  iştirak etmişlər.  Nəzakət Məmmədli “Firdovsi və Əttar yaradıcılığında bəzi müştərək məqamlar”, Tahirə Əliyeva “Sufizmin Avropada öyrənilməsi” adlı məruzə ilə çıxış etmişlər. Hər iki məruzə maraqla dinlənilmişdir.


19.02.2018

MİRZƏ AĞADADAŞ MÜNİRİNİN 155 İLLİK YUBİLEYİ QEYD EDİLDİ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov, aparıcı elmi işçi, fil.ü.f.d. Əkrəm Bağırov, böyük elmi işçi Sonaxanım Hadiyeva (Xəyal) XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış, tanınmış şair Mirzə Ağadadaş Münirinin 155 illik yubiley tədbirində iştirak ediblər. Yubiley mərasimi şairin anadan olduğu Bakının Hövsan kəndində qeyd olunub. 118 saylı tam orta məktəbin akt zalında keçirilən yubiley mərasimində böyük elmi işçi Sona Xəyalın nəşrə hazırladığı “Mirzə Ağadadaş Müniri – Əsərlər” kitabının da təqdimatı baş tutub. Tədbirdə Əlyazmalar İnstitutun elmi katibi Əzizağa Nəcəfov və böyük elmi işçi Sona Xəyal çıxış edərək adıçəkilən kitabın ərsəyə gəlmə prosesindən, onun müəllifi M.A.Münirinin ədəbiyyat tariximizdəki yerindən, əsərlərinin bədii xüsusiyyətlərindən danışıblar. Tədbir məktəb kollektivinin hazırladığı və dəvət olunan tanınmış muğam ustalarının iştirak etdiyi bədii hissə ilə davam edib.   


15.02.2018

MƏHƏMMƏD FÜZULİNİN TÜRKCƏ “DİVAN”ININ ƏLYAZMASI “DÜNYA YADDAŞI” PROQRAMI REYESTRİNƏ DAXİL EDİLİB

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahından Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına göndərilən məktubda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazmasının “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edildiyi bildirilir.


14.02.2018

KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

13 fevral 2018-ci il tarixdə Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Marta Galindo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Kolumbiya səfirini institutun direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılayıb. Görüş zamanı Kolumbiya Respublikasının müvafiq institutları ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsititutu arasında əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi, birgə layihələr əsasında elmi-tədqiqat işləri aparmaq və s. məsələlər  müzakirə edilib. 


09.02.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA DİSSERTANTURA VƏ DOKTORANTURAYA QƏBUL HƏYATA KEÇİRİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın Rəyasət Heyətinin müvafiq sərəncamına uyğun olaraq fəlsəfə doktorluğu üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya müraciət edən şəxslərlə müsahibə keçirilib və elan olunmuş yerlərə müsabiqə yolu ilə qəbul olunmuş şəxslər müəyyənləşdirilib. 



06.02.2018

ƏLCƏZAİRLİ PROFESSOR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

6 fevral 2018-ci il tarixdə Əlcəzair Vahran Universitetinin iqtisad elmləri və idarəetmə üzrə professoru Əbdülqadir Taibi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Əlcəzairli qonağı institutun direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifli qarşılayıb. 


03.02.2018

İBRAHİM QULİYEVİN TƏRCÜMƏLƏRİ NƏŞR OLUNUB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin "Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri" adlı dərs vəsaiti işıq üzü görüb. Dərs vəsaitində tanınmış tərcüməçi İbrahim Quliyevin iki ayrı-ayrı üslub və dəsti-xəttə malik olan şairin əsərlərindən etdiyi tərcümələr toplanmışdır.  XVII əsrdə yaşamış Məczub Təbrizi klassik ədəbiyyatı, Foruq Fərruxzad isə XX əsrin yeni poeziyasını (şeire-no) təmsil edir. Tərcüməçi farscadan çevirdiyi şeirlərin təkcə orijinaldakı obraz, vəzn, qafiyə sistemini deyil, həm də ruhunu saxlaya bilmişdir. Dərs vəsaitini fars dilindən tərcümə sahəsində uğurlu bir addım hesab etmək olar.
Vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.



03.02.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA GƏNCLƏR GÜNÜ QEYD EDİLMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva Kəngərli açaraq Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən, Gənclər Gününün təsis edilməsi tarixindən danışmışdır.  O, Ulu Öndərin gənclərlə bağlı ortaya qoyduğu prinsiplərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirmişdir. A.Əliyeva-Kəngərli  vurğulamışdır ki, bu gün Azərbaycan dövlətçiliyinin keşiyində cəsarət və ləyaqətlə dayanan bir gənclik yetişmişdir.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014