ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

05.09.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ JURNALLARININ YENİ SAYLARI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” və “Əlyazmalar yanmır” jurnallarının yeni sayları çapdan çıxmışdır.  “Elmi əsərlər” jurnalının 1-ci (4) sayında  filologiya üzrə elmlər doktorları P.Kərimovun, A.Əliyeva-Kəngərlinin, G.Babaxanlının, G.Əliyeva-Kəngərlinin, AMEA-nın müxbir üzvü N.Araslının, filologiya üzrə fəlsəfə doktorları Ə.Nəcəfzadənin, T.Nurəliyevanın, İ.Quliyevin, S.Cabbarovanın, elmi işçilər R.İskəndərlinin, S.Hadıyevanın, A.Məmmədovanın, doktorant Y.Sadıqovanın müxtəlif  mövzularda maraqlı məqalələri dərc edilmişdir. 


04.09.2017

QƏSRİ-ŞİRİN MÜQAVİLƏSİNİN MƏTNİ AZƏRBAYCAN DİLİDƏ TƏRTİB OLUNUB

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsinin mətnini Məhəmməd Tahir Vəhid Qəzvininin “Abbasnamə” kitabından götürərək transliterasiya etmişdir. Alim aparılan tədqiqat nəticəsində müəyyən etmişdir ki, uzun müddət iki dövlət arasındakı ərazi iddialarına son qoyan bu müqavilə Azərbaycan dilində yazılmışdır. Müqavilə haqqında məlumatı və transliterasiya edilmiş mətnini sizə təqdim edirik.

qesri-shirin1639.docx

 



23.08.2017

İbrahim Tahir Musaye­vin seçilmiş qəzəllər toplusu

"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır. Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.



08.08.2017

İSRAİL - AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN SƏDRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

2017-ci il 8 avqust tarixində İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmişdir. Qonağı institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışdır. Görüş zamanı A.Binyaminov İsraildə saxlanan bəzi şərq əlyazmaları barədə məlumat vermiş, Azərbaycanda saxlanan əlyazmalar barədə bilgi almışdır. Söhbətin sonunda qonaq İsraildə saxlanan orta əsr şərq əlyazmalarını tədqiq etmək üçün Azərbaycanlı araşdırmaçıları vətəninə dəvət etmişdir.



04.08.2017

ƏLYAZMALAR İNSTİTUTU ŞAH İSMAYILIN NƏVƏSİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu “Divan”ının surətini əldə etmişdir.
İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanmışdır. Maraqlıdır ki, İbrahimin Cahinin anadilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də vardır.



31.07.2017

ƏLYAZMAŞÜNAS ALİM VƏFAT EDİB

28 iyul 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Həsənağa Nəcəfov 69 yaşında dünyasını dəyişib. Alim Azərbaycan ədəbiyyatının açılmamış səhifələrini ilkin mənbələr əsasında tədqiq etmiş, “Məğribi Təbrizinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Onun farsdilli əlyazmaların kataloqlaşdırılması sahəsində xüsusi xidmətləri olmuşdur. O, 6 kitabın müəllifi və həmmmüəllifi olmuşdur
Həsənağa Nəcəfov ötən əsrin 70-80-ci illərində Əfqanistanda, 90-cı illərində İranda tərcüməçi kimi çalışmış, respublikamızda orta məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, “20 Yanvar” əlili və prezident mükafatçısı idi.
Alimin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.



14.07.2017

“CƏNUBİ AZƏRBAYCAN YAZARLARI” SERİYASINDAN DAHA BİR KİTAB

“Ekoprint”  nəşriyyatı Cənubi Azərbaycan şairi Saleh Asim Kəffaş Pərvizin “Qanlı səhər” adlı şeirlər kitabını nəşr edib. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin “Cənubi Azərbaycan yazarları” layihəsi əsasında işıq üzü görüb. Kitabın redaktorları Yədullah Kənani və Seyyid Məcid Əsridir.
“Qanlı səhər”i  transfonaliterasiya edib nəşrə hazırlayan və ön sözün müəllifi Sona Xəyaldır. Kitab müəllifin 75 illik yubileyinə həsr edilib.



13.07.2017

YAZI VƏ TƏSVİRİN VƏHDƏTİ

Seyfəddin Mənsimoğlu, “Xəttin sənət möcüzəsi”, Bakı, Şərq-Qərb, 2016, 140 s. 
          İnsanın özünü kəşf etməsi onun həyat və yaradıcılıq uğurunun əsl mahiyyətini təşkil edir. Yaradıcı şəxs hər hansı bir sahədə bütün ömrünü qoya bilər, lakin əgər o, həmin sahə üçün doğulmayıbsa hansısa müvəffəqiyyətdən, sənət zəfərindən danışmaq mümkün deyil…


11.07.2017

“TUTİNAMƏ” İKİNCİ DƏFƏ NƏŞR EDİLİB

Türk mənşəli XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin qələmindən çıxmış “Tutinamə” əsəri dünyanın ən məşhur sənət abidələrindən hesab olunur. Əsər dünyanın əksər dillərinə tərcümə olunaraq təkrar-təkrar nəşr olunmuşdur. “Tutinamə”nin iki qədim əlyazma nüsxəsi də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir. İnstitutun əməkdaşı, fil.ü. f. d. Əkrəm Bağırov həmin nüsxələr əsasında bu yazılı abidəni dilimizə tərcümə etmiş və əsər ilk dəfə 1991-ci ildə kiril əlifbası ilə yüksək tirajla (50 000) “Azərnəşr”də çap olunmuşdur.
Bu günlərdə əsər ikinci dəfə latın qrafikasında “Kitab klubu MMC” tərəfindən çap olunaraq geniş oxucu kütləsinə təqdim edilmişdir.  



10.07.2017

“NAXÇIVANIN MƏNƏVİ–MƏDƏNİ İRSİNƏ DAİR ƏLYAZMA MƏTNLƏRİ”

“Elm və təhsil” nəşriyyatı ilahiyyat və fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi–mədəni irsinə dair əlyazma mətnləri” adlı monoqrafiyasını nəşr etmişdir. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Üç fəsildən ibarət olan monoqrafiya qaynaqları yüzilliklərin dərin qatlarına gedib çıxan Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqatına həsr edilmişdir. Kitabda AMEA-nın Naxçıvan bölməsinin Əlyazmalar Fondunda, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitututunda və bir sıra xarici ölkələrin kitabxanalarında saxlanılan türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr araşdırılmışdır. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014