ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

20.12.2016

İNSTİTUTUMUZUN ƏMƏKDAŞI TÜRKİYƏNİN QAZİ UNİVERSİTETİNDƏ KEÇİRİLƏN KONFRANSDA İŞTİRAK EDİB

Qazi Universitetinin ev sahibliyi etdiyi, YUNESKO Türkiyə Milli Komissiyası, Əhməd Yəsəvi Universiteti, Qazi Universiteti Türk Mədəniyyəti və Hacı Bəktaş Vəli Araşdırma Mərkəzi, Türk Elmi Araşdırma və Tətbiqi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Əhməd Yəsəvinin ölümünün 850, Fuad Köprülünün isə 50-ci ildönümü anılıb. Konfransın açılışında çıxış edən Qazi Universitetinin rektoru Prof. Dr. İbrahim Uslan Əhməd Yəsəvinin sufi alimi olaraq Anadolu coğrafiyasının islamlaşmasında və türk mədəniyyətinin Avropaya yayılmasında böyük rolunun olduğunu qeyd edib. Rektor həmçinin Fuad Köprülünün öz əsərləri ilə türk ədəbiyyatı tarixi və türkologiya sahəsində böyük işlər gördüyünü dilə gətirib. 


20.12.2016

MİSİRLİ QONAQLAR ƏLYAZMALAR İNSTİTUTUNDA

19 dekabr 2016-cı tarixdə misirli alim, Sorbonna Universitetinin professoru, ədəbiyyat və humanitar elmlər üzrə doktor, müxtəlif dövrlərdə Qahirə Universitetində yüksək vəzifələrdə çalışmış Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi Əşrəf Əhməd Ubeyd AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşlar. Qonaqları Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami müşaiyət etmişdir. 


14.12.2016

AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTIİTUTUNUN 2016-CI İLDƏKİ ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNİN YEKUNLARI HAQQINDA HESABATI YÜKSƏK QİYMƏTLƏNDİRİLDİ

14 dekabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyində əsas məsələ İnstitutun 2016-cı il ərzində elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatının müzakirəsi idi. İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin nümayəndəsi, bölmənin aklademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Muxtar İmanov da iştirak edirdi. 


12.12.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR

12.12.2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmaşdır. 


10.12.2016

“MULTİKULTURALİZM KONSEPSİYASININ SOSİAL-FƏLSƏFİ VƏ MƏDƏNİ ƏSASLARI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSI KEÇİRİLMİŞDİR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə  “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir. Konfransın “Ədəbiyyat və incəsənətdə multikulturalizm ənənələri” adlı ikinci bölməsinin iclası AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında baş tutmuşdur. İclasa fil.ü.e.d., professor Aqşin Babayev sədrlik etmişdir. 


08.12.2016

ƏRƏB ÖLKƏLƏRİ LİQASI NƏZDİNDƏKİ İNSTİTUTUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

7 dekabrda Ərəb Ölkələri Liqasının nəzdində fəaliyyət göstərən Ərəb Əlyazmaları İnstitutunun direktoru Feysəl əl-Hafyan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
         Qonağı H.Əliyev adına Hava limanında institutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov qarşılamışlar. Misirin paytaxtı, Qahirə şəhərində yerləşən məşhur institutun direktoru ilk öncə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları ilə görüşmüşdür.


06.12.2016

İNSTİTUT ƏMƏKDAŞLARININ FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLDİ

5 dekabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının yığıncağı olmuşdur. Yığıncağın gündəliyinə 1986-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsinin 30 illiyi, şöbələrin, Gigiyena və Bərpa labarotoriyasının hesabatının dinlənilməsi, institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin mərhum əməkdaşı Firəngiz Xəlilovanın XVII əsr Azərbaycan şairi “Uğurlu Xan Müsahib Gəncəvinin “Divan”ının tekstoloji – filoloji tədqiqi” adlı əsərinin çapa hazırlanması, kitabların nəşri və cari məsələlər daxil edilmişdir. 


02.12.2016

SERGEY YESENİNİN MƏŞHUR ŞEİRİ AKADEMIK TEYMUR KƏRİMLİNİN TƏRCÜMƏSİNDƏ

“Elm” qəzetinin 02 oktyabr 2016-cı il tarixli №23 (1165)-cü sayında məşhur rus şairi Sergey Yeseninin ən yaxşı əsərlərindən sayılan “Şahanəm” şeiri akademik Teymur Kərimlinin poetik tərcüməsində oxuculara təqdim olunmuşdur. Ayrı-ayrı vaxtlarda bir çox Azərbaycan şair və tərcüməçiləri tərəfindən dilimnizə çevirilən  “Şahanəm”in yeni tərcüməsi orijinala sədaqəti və lirizmi ilə fərqlənir. Tərcüməni oxuculara təqdim edirik:


01.12.2016

ELMİ ARXİV ZƏNGİNLƏŞİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin mərhum əməkdaşı Firəngiz Ağa-Məşədi qızı Xəlilovanın XVII əsr Azərbaycan şairi “Uğurlu Xan Müsahib Gəncəvinin “Divan”ının  tekstoloji-filoloji  tədqiqi” mövzusunda yazdığı elmi iş həmin institutun Elmi arxivin mühafizəsi şöbəsinə təhvil verilmişdir. Qeyd edək ki, əsər Uğurlu Xan Müsahib Gəncəvinin “Divan”ının tədqiqinə həsr olunmuş  ilk iri həcmli tədqiqat işidır. Alimin mövzu ilə bağlı bir neçə geniş məqaləsi də adıçəkilən şöbəyə verilmişdir. İnstitutunun  Elmi şurasının növbəti yığıncaqlarından birində monoqrafiyanın nəşri məsələsinin müzakirrəyə çıxarılması nəzərdə tutulub.



01.12.2016

MİRZƏ İBRAHİMOVUN HƏYAT YOLDAŞINA MƏKTUBLARI NƏŞR OLUNDU

Bu günlərdə “Azərnəşr” Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı məktublardan ibarət “Sevgi məktubları” kitabını nəşr etmişdir. Saf  sevgi, qarışılıqlı dərin məhəbbət, qeyri-adi  lirik duyğular həmin məktubların  ana xəttini təşkil edir. Məktubların böyük ictimai əhəmiyyəti ondadır ki, dövrün ədəbi, tarixi prosesləri, yazıçının öz müasirlərinə münasibəti burada əksini tapmışdır. Kitabın redaktoru  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimiov, ərəb qrafikasından latın qrafikasına çevirəni isə Aslan Kənandır.     



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014