ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

30.11.2016

TİKA NÜMAYƏNDƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

29 noyabr 2016-cı il tarxdə  Türkiyə İş birliyi və Koordinasaiya Agentliyinin (TIKA) Bakı ofisinin kordinatoru Adem Urfa, Baki Proqram koordinatorunun müavini Mehmet Ali Yetiş və Bakı ofisinin əməkdaşı Abbas Hümmətov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva- Kəngərli, Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və Bərpa və Gigiyena şöbəsinin elmi işçisi Zaur Orucov qəbul etmişlər.


25.11.2016

ŞÖBƏLƏRİN HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR

25 noyabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  şöbələrin,  Bərpa və gigiyena laboratoriyasının illik hesabatları dinlənilmişdir. Hesabat iclaslarında institutun rəhbərliyi iştirak etmiş və öz tövsiyyələrini vermişdir. Hesabatlar bütünlüklə yüksək qiymətləndirilmişdir.


25.11.2016

ŞAH İSMAYIL XƏTAİ KÜLLİYYATININ DAHA BİR ƏLYAZMA NÜSXƏSİ

Məlum olduğu kimi, 18 noyabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr edilmiş “Azərbaycan Əlyazmaları Dünya Kitabxanalarında” adlı I Beynəlxalq Elmi –Nəzəri Konfrans keçirilmişdir. Konfrans iştirakçıları sırasında Iran İslam Respublikasında nümayəndə iştirak etmişdir.Konfransda Təbriz Azad Universitetinin professoru  Məhəmməd Əmin Sultanül-Qürrayi “Şah İsmayıl Xətai “Külliyyat”-nın nadir əlyazma nüsxəsinin tanıdılması” adlı geniş məruzə ilə çıxış etmişdir. Şəkildə soldan birinci Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı, institutun direktor müavini fil.e.d. Paşa Kərimov və Təbriz Azad Universitetinin professoru Məhəmməd Əmin Sultanül-Qürrayidir.


25.11.2016

ƏLİAĞA VAHİDİN ƏSƏRLƏRİ NƏŞR EDİLMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə böyük Azərbaycan şairi Əliağa Vahidin əsərləri nəşr olunmuşdur. Kitaba Ə.Vahidin 1914-1934-cü illərdə qələmə aldığı müxtəlif mövzuda və janrda olan bədii nümunələri daxil edilmişdir. Görkəmli tədqiqatçı alim Əlabbas Müznibin topladığı və M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan həmin əlyazmaları institutun əməkdaşı Sona Xəyal transliterasiya etmiş və ona ön söz yazmışdır. Kitabın rəyçiləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşları fil. ü. f.d. Əzizağa Nəcəfov və Qutiyera Cəfərovadır.



24.11.2016

TEHRAN UNİVERSİTETİNİN MAGİSTRANTLARI ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

Bu günlərdə Tehran Universitetinin magistrantları Seyid Əbdürrza Hüseyni və Müctəba Ləbbafi  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşlar. Xəttatlıqla məşğul olan magistrantlar məşhur münşi Müəllim və Ləvəsaninin əlyazmalarının izi ilə Tehrandan Bakıya gəldiklərini qeyd ediblər. 


21.11.2016

KƏŞMİRDƏ ƏLYAZMALAR RƏQƏMSALLAŞDIRILIR

1958-ci ildə Cammu və Kəşmir dövləti tərəfindən yaradılmış İncəsənət, Mədəniyyət və Dillər Akademiyası (Mədəniyyət Akademiyası kimi tanınır)  zəngin mənəvi irsin qorunuib saxlanılması və  gələcək nəsillərə ötürülməsi məqsədilə əlyazmaların rəqəmsallaşdırılmasına başlayıb.


21.11.2016

“ƏLYAZMALARI YAŞADAN ALİM”

Bu günlərdə “Ekoprint” nəşriyyatı tərəfindən “Əlyazmaları yaşadan alim” adlı yeni kitab çap edilmişdir. Kitab görkəmli dilçi alim, AMEA–nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunub. Kitaba əsasən yubilyarın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundfa işləyən həmkarlarının ürək sözləri və arzuları daxil edilmişdir.  Kitabın redaktoru və ön sözün müəllifi Könül Mirzəyeva, tərtibçi Nailə Əliyevadır.



18.11.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

18 noyabr 2016-cı il tarixində  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş  “Azərbaycan əlyazmaları dünya kitabxanalaında” adlı I beynəlxalq elmi-nəzəri konfrans keçirildi.
    Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mənəvi sərvətimiz olan əlyazmaların axtarışının, toplanmasının və nəşrinin vacibliyini bildirdir O, konfrans ərəfəsində nəşr olunan jurnalda bir çox dəyərli materialların yer aldığını qeyd etdi.


18.11.2016

VƏTƏNİNDƏ TANINMAYAN BÖYÜK FİKİR ADAMI

Türkiyədə məşhur olan böyük fikir adamı, görkəmli sufi alimi Məhəmməd Zahid Kotku (1897-1980) əslən Azərbaycanin Şəki şəhərindəndir. Onun atası İbrahim Əfəndi 1880-ci ildə Türkiyəyə köçərək orada məskunlaşmışdır. Məhəmməd Zahid Kotku Türkiyədə məşhur təsəvvüf mürşidi kimi tanınmış, xeyli sayda ardıcıllar yetişdirmişdir. O, sufi və ümumiyyətlə, fəlsəfi mövzularda bir çox məşhur əsərlərin müəllifi olmuşdur. Təəssüf ki, bu böyük filosofun, məşhur din aliminin həyatı və yaradıcılığı indiyədək öz doğma vətənində araşdırılıb tədqiq edilməmişdir.


16.11.2016

FOLKLORŞÜNAS ALİM VƏLİ XULUFLU HAQQINDA YENİ KİTAB

AMEA Əlyazmalar İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə dissertantı Rəhman Salmanlının folklorşünas alim, repressiya qurbanı Vəli Xuluflu haqqında “Gizli güllələnən alim” (xatirə-memuar) kitabı işıq üzü görüb. V.Xuluflunun ömür yolundan bəhs edən kitabda ötən əsrin 20-30-cu illərində baş vermiş qırğınlar, bolşevik-erməni terroru, qırmızı imperiyanın Azərbaycan ziyalılarına qarşı apardığı soyqırımı siyasəti və tarixi hadisələr öz əksini tapıb. Müəllif Vəli Xuluflu barədə oxuduqlarına, eşitdiklərinə, xatirələrə, habelə almin ailə üzvlərinin və yaxınlarının söylədiklərinə istinad etməklə onun mükəmməl obrazını yaradıb. R.Salmanlının məqsədi tədqiqatçıların və oxucuların diqqəti alimin həyat və fəaliyyətinə yönəltmək olub. 



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014