ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

16.11.2016

“AVROPADA SUFİZMİN TƏDQİQİ”

AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmalar” şöbəsinin elmi işçisi Tahirə Əliyeva 6-10 noyabr tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində Hrades-Kralove Universitetində keçirilən “Beynəlxalq humanitar və mədəni araşdırmalar” adlı elmi konfransda (İCHACS) iştirak etmişdir. T.Əliyevanın “Avropada sufizmin tədqiqi” adlı məruzəsi maraqla qarşılanmışdır. 



16.11.2016

ALİMİN MƏRUZƏSİ MARAQLA QARŞILANIB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmalar” şöbəsinin böyük elmi işçisi Aybəniz Rəhimova Türkiyənin Bolu şəhərində Abant İzzət Baysak Universitetinin təşkilatçılığı ilə keçirilən və dünyanın 13 ölkəsinin nüfuzlu alimlərinin qatıldığı “Koroğlu və türk dünyası dastan qəhrəmanları” adlı VII beynəlxalq simpoziumda iştirak edib. Simpoziumda A.Rəhimovanın “Koroğlu dastanının Azərbaycandakı yayım tarixindən” adlı məruzəsi çox böyük  maraqla qarşılanmışdır. O, həmçinin səfər çərçivəsində Türkiyənin tanınmış alimləri Dr. Əzizə Aktaş Yaşa, Fərrux Öztürk və Hikmət Çətinlə görüşmüşdür. 



16.11.2016

IX BEYNƏLXALQ ÜZKÜDAR SİMPOZİUMU

11-13 noyabr 2016-cı il tarixlərində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəb əlyazmalarının tədqiqi şöbəsi”nin müdiri, fil.ü.e.d., professor Kamandar Şərifov Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən IX Beynəlxalq Üsküdar Simpoziumunda iştirak etmişdir. Simpoziuma Türkiyədən və dünyanın müxtəlif ölkələrindən 152 alim qatılmış və onlar Üsküdar ədəbiyyatı, tarixi, coğrafiyası, memarlığı, təhsili, mədrəsələri, tarixi şəxsiyyətləri, mətbuatı və s. bağlı maraqlı məruzələrlə çıxış etmişlər.


07.11.2016

ELAN

18 noyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” I Beynəlxalq elmi-nəzəri konfrans keçiriləcəkdir. Konfransda iştirak etmək istəyən şəxslər göstərilən tarixdə saat 11:00-da İnstitutun Akt zalında baş tutacaq açılış mərasiminə qatıla bilər.
Qeyd edək ki, Azərbaycan əlyazmalarının dünyada tanıdılması və təbliği məqsədi ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunur.

 

konfranseldunyakitab.docx



15.11.2016

BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 90 İLLİYİNƏ HƏSR OLUNAN BEYNƏLXALQ KONFRANS

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.


13.11.2016

MÖHSÜN NAĞISOYLUNUN 70 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLMİŞDİR

Noyabrın 11-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə tanınmış dilçi alim, Nəsimi adına Dilçilik  İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.


10.11.2016

MÖHSÜN NAĞISOYLU-70

Məlum olduğu kimi, 11 noyabr 2016-cı il tarixdə tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun 70 yaşı tamam olur. M.Nağısoylu ömrünün 44 ilini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda farsdilli əlyazmaların tədqiqinə sərf etmişdir. İnstitutun direktor müavini fil.e.d. Paşa Kərimovun M.Nağısoylunun elmi fəaliyyəti ilə bağlı yubiley tədbiri üçün nəzərdə tutulmuş məruzəsini oxuculara təqdim edirik.

MohsunNaqisoylu70.docx



10.11.2016

YENİ KİTAB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Rübabə Bahadır qızı Şirinovanın “Yusif  Dövlətoğlunun “Mənzum fiqh” tərcümə abidəsi” adlı kitabı nəşr olunmuşdur. Kitabda XIII əsr Sədr əş-Şəriə əl-Əvvəlin Hənəfi fiqh məzhəbinin təməl kitablarından olan “Viqayət ər-rivayə fi məsəil əl-hidayə” adlı əsərinin XV əsr türk alimi və ədibi Yusif Dövlətoğlu tərəfindən nəzmlə tərcümə edilərək “Mənzum fiqh” adlandırılmış əsəri orta əsr əlyazmaları əsasında tədqiq olunur və bu abidəyə istinad olunmaqla hənəfəlikdə nikah məsələləri öyrənilir. Kitabın elmi redaktoru fil.e.d., prof. Kamandar Şərifov, rəyçilər fil.e.d., prof. Azadə Musayeva, ilah.ü.f.d.,dosent Zəkiyyə Əbilovadır. Kitabın redaktoru elmi işçi Mətanət Muradovadır.



07.11.2016

ƏLYAZMALAR İNSTİTUNUN ƏMƏKDAŞI DÜNYASINI DƏYİŞİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Farsdilli əlyazmaların tədqiqi şöbəsi"nin elmi işçisi Firəngiz Ağaməşədi qızı Xəlilova vəfat etmişdir. F.Xəlilova 1958-ci ildə anadan olmuş, ali məktəbi bitirdikdən sonra həyatını adı çəkilən elm ocağı ilə bağlamışdır. O, “Uğurluxan Ziyad oğlu Gəncəvi divanının tekstoloji və filoloji tədqiqi” adlı dissertasiya işi yazmışdır. F.Xəlilova həmçinin “Farsdilli əlyazmalar kataloqu”na daxil olan bir çox əlyazmaların təsvirinin müəllifidir.
Həmkarımıza Allahdan rəhmət diləyirik.



07.11.2016

TANINMIŞ DİLÇİ ALİM HAQQINDA YENİ KİTAB

“Elm və təhsil” nəşriyyatında  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Şəlalə Ana Hümmətlinin “Gözəlliyin tərcümanı, yaxud “Xoşbəxt o kəsdir ki...” kitabı çapdan çıxmışdır. Ədəbiyyatşünas-alimin “Bilənlərə salam olsun!” silsiləsindən  qələmə aldığı bu elmi-publisistik kitab görkəmli mətnşünas, dilçi alim, fil.ü.e.d., professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunmuşdur. Kitab M.Nağısoylunun zəngin elmi-ədəbi yaradıcılığı və müəllifin bu dəyərli alimlə apardığı müsahibələri, mətbuat səhifələrində onun haqqında dərc edilmiş portret yazıları əsasında qələmə alınmışdır. Kitaba alimin ömür yolunu əks etdirən foto-albom da əlavə olunmuşdur. Kitabın elmi redaktoru və ön sözün müəllifi fil.ü.e.d. Mayıl Əsgərov, rəyçi fil.ü.e.d. Nadir Məmmədlidir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014