ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

04.11.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

3 noyabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında Azərbaycan Dillər Universitetinin “SABAH” qrupunun 4-cü kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşdə istedadlı jurnalist, telerejissor, şair, publisist və teatr tənqidçisi, institutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Bağırlı (Günaydın) “Nitq mədəniyyəti milli mədəniyyətin mühüm tərkib hissəsi kimi və natiqin fərdi inkişafı” mövzusunda mühazirə oxumuşdur.


02.11.2016

NƏRİMAN NƏRİMANOVUN BÖYÜK QARDAŞININ ƏSƏRİ AŞKAR EDİLMİŞDİR

AMEA  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dövlət xadimi və yazıçı Nəriman Nərimanovun böyük qardaşı Salman Nərimanovun (1847-1907) “Səyahətnamə” əsəri aşkar edilmişdir. S.Nərimanov 1847-ci ildə Tiflisdə dünyaya gəlmiş, ilk təhsilini oradakı mədrəsədə almışdır. Salman Nərimanov XX əsrin əvvəllərində mətbuat orqanlarında çalışan ilk azərbaycanlı mürəttib, jurnalist, publisist olmuşdur. Bir sıra mətbuat orqanlarında, xüsusilə də ilk gündəlik Azərbaycan qəzeti olan “Həyat”da ciddi və yumoristik yazıları, şeirləri ilə çıxış etmişdir. S.Nərimanovun həyatından bəhs edən “Səyahətnamə” əsərində  müəllifin ictimai-siyasi fikirləri də yer almışdır. Əsərin əlyazmasının son səhifəsindən görunur ki, çar senzurası 1902-ci ildə onun çapını qadağan etmişdir.



31.10.2016

II AZƏRBAYCAN ELM FESTİVALI

31 oktyabr 2016-cı il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “II Azərbaycan Elm Festivalı” çərçəvisində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərgidə İnstitutun 2015-2016-cı illər ərzində nəşrə hazırladığı 47 adda kitab oxuculara təqdim olunmuşdur. 


26.10.2016

ELM VƏ MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN ƏMƏKDAŞLIĞI DAVAM EDİR

26 noyabr 2016-cı il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun magistrantları və bir elmi işçisi fil.ü.f.d., dosent  Əzizağa Nəcəfovun rəhbərliyi ilə “Tətbiqi kulturologiya” fənninin tədrisi çərçivəsində Nəriman Nərimanovun Ev-Xatirə Muzeyində olmuşlar. Muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova görkəmli dövlət və ictimai xadim, yazıçı, dramaturq və publisist, əsl xalq həkimi Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında qonaqlara geniş məlumat vermiş, muzeyin çapa hazırladığı yeni elmi nəşrləri onlara hədiyyə etmişdir.


25.10.2016

CƏLİL MƏMMƏDQULUZADƏ HAQQINDA XATİRƏLƏR ABŞ-DA NƏŞR EDİLİB

ABŞ-ın “Vaşiqton DC” nəşriyyatında Həmidə xanım Cavanşirin həyat yoldaşı, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında xatirələri çapdan çıxmışdır. Əsəri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və amerika alimi Vilem Floor tərcümə etmişlər. Kitab belə adlanır: “1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalının redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri. Həmidə xanım Cavanşir”. Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar və “Molla Nəsrəddin” jurnalının illüstrasiyaları ilə zəngin olan kitabın sonunda əsərin müəllifi Həmidə xanımın həyat və yardıcılığı barədə məlumat verilmişdir. Həsən Cavadi kitabın bir nüsxəsini hədiyyə olaraq AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərmişdir.



21.10.2016

OSMANLI TÜRKİYƏSİ VƏ AZƏRBAYCAN QACARLAR DÖVRÜ SƏFƏRNAMƏLƏRİNDƏ

12-16 oktyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi fondlar şöbəsinin baş elmi işçisi, tar.ü.e.d. Tahirə Həsənzadə Türkiyə Respublikasının Konya şəhərində Nəcməddin Ərbakan Unversitetinin Atatürk Kultur Mərkəzi ilə birgə təşkil etdiyi “Orta çağ islam dünyasında səyyahlar və səyahətnamələr” adlı Uluslararası simpoziumda iştirak etmişdir. Onun  “Osmanlı Türkiyəsi və Azərbaycan Qacarlar dövrü səfərnamələrində” (Fərhad Mirzə Qacarın “Səfərnamə”əsəri əsasında) mövzusunda çıxışı maraqla qarşılanmışdır.  Simpoziuma  Türkiyə universitetlərinin alimləri  ilə bərabər, dünyanın bir çox ölkələrindən  də qonaqlar qatılmışdır. Simpozim iştirakçıları sonda Konyanın  bir çox tarixi muzeyləri ilə yanaşı Şərqin məşhur sufi şairi  Cəlaləddin  Ruminin  məzarını ziyarət etmişlər.



21.10.2016

ƏMƏKDAŞLARIMIZ FORUMDA İŞTİRAK ETMİŞLƏR

10-14 oktyabr 2016-cı il tarixlərində Gəncə şəhərində “Gəncə-Avropa paytaxtı 2016”- ya həsr olunmuş “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” adlı Forum keçirilmişdir. Forumda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun iki əməkdaşı-Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayeva və kiçik elmi işçi Yeganə Rəhnulla iştirak etmişlər. Nailə Mustafayeva “Baba bəy Şakirin müxəmməsləri”, Yeganə Rəhnulla isə “Azərbaycan əlyazmalarında Allahın gözəl adları” adlı məruzələrlə çıxış etmişlər. Hər iki məruzə bəyənilmiş və iştirakçılara Gənclər Elm Mərkəzində keçirilən bağlanış mərasimində sertifikatlar təqdim edilmişdir.



20.10.2016

ƏMƏKDAŞIMIZ TÜRKİYƏDƏ KONQRESDƏ

2016-cı ilin 12-14 oktyabr tarixlərində Türkiyənin Ağrı şəhərində keçirilən “II Uluslararası sosial bilimlər” konqresində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi şöbəsin”nin elmi işçisi Tahirə Əliyeva iştirak etmişdir. Konfrans Ağrı şəhər valiliyi, İbrahim Çeçen Unversiteti və Selçuk Universiteti tərəfindən təşkil olunmuşdur. 


18.10.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “SABAH” qruplarının 3-cü kurs tələbələri 18 oktyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. İnstiutumuzun aparıcı elmi işçisi, fil.ü.f.d. Aynur Nəcəfovanın rəhbərliyi altında tələbələr “Türk xalqları ədəbiyyatı” fənni çərçivəsində əlyazmaların elmi ekspozisiyası ilə tanış olmuşlar. 


18.10.2016

YENİ NƏŞRLƏR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” (№2 (3)2016) və “Əlyazmalar yanmır” (№2 (3)2016) adlı elmi məqalələr toplusunun yeni nömrələri işıq üzü görmüşdür.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014