ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.10.2017

PAŞA KƏRİMOV OSMANLI ŞAİRİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrəti divanının surətini əldə edib. Divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”, “Yok”, “Ancaq”, “Gərək” və s. rədifli qəzəllərdə, şairin işlətdiyi obraz və məcazlarda Nəsimi təsiri daha aydın görünür. Tədqiqatçıların fikrincə, şair bəktaşi və ya qələndəri təriqətinə mənsub olub. O, əsərlərində özünü dərviş, Rum abdalı, sufi adlandırır. Şairin bir şeirindən məlum olur ki, o,  qürbətdə, Makedoniyanın paytaxtı Üsküpdə-Skopye şəhərində, Vardar çayının sahilində yaşayıb. Divanda, eyni zamanda, böyük özbək şairi Əlişir Nəvainin də təsirini görmək mümkündür.



06.10.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA “SABAH” QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ DƏRS TƏŞKİL EDİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni üzrə dərslərdə iştirak ediblər.
Son dərsdə dinləyicilərə “Kitabi-Dədə Qorqud” dastanı haqqında mühazirə oxunub. İnstitutun əməkfaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda qorunub saxlanılan foto sürətləri əsasında tələbələrə abidə ilə bağlı geniş məlumat verib. O, institutda  dastanının tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Mühazirəçi sonda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, institutda “SABAH” qrupunun tələbələri üçün mütəmadi olaraq dərslər təşkil edilir.



02.10.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA CAHANGİR QƏHRƏMANOVUN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Aybəniz Əliyeva-Kəngərli  C.Qəhrəmanovla bağlı təəssüratlarını dilə gətirib. O, alimlə cəmi bir neçə dəfə görüşdüyünü bildirib: “Mən o zaman Ədəbiyyat Muzeyində işləyirdim, bizim hesabatlarımızı ekspert kimi C.Qəhrəmanov yoxlayırdı. Bu qısa görüşlərdə mən onun necə qayğıkeş, mehriban insan olduğunu  hiss edirdim. Onun xatirəsi hamımızın qəlbində daim yaşayacaq”.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. professor Paşa Kərimov Cahangir Qəhrəmanovun həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Alimin elmi, ictimai fəaliyyəti üzərinə işıq salan Paşa Kərimov  sonda xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.  O, C.Qəhrəmanovun Əlyazmalar Fondunun instituta çevrilməsindəki xidmətlərindən danışıb və yüksək qiymətləndirib.


01.10.2017

BEYNƏLXALQ “VISION OF AZERBAIJAN” JURNALI ƏLYAZMALAR İNSTİTUTUNDAN YAZIB

“Vision of Azerbaijan” jurnalının yay buraxılışında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu haqqında məqalə işıq üzü görüb.  “Vision of Azerbaijan” jurnalı 2006-cı ildə Avropa- Azərbaycan Cəmiyyəti və İnglis-Azərbaycan Gənclər Cəmiyyəti tərəfindən təsis edilmişdir. Məqalədə institutun ayrı-ayrı şöbələri, qədim əlyazmaların saxlanması və bərpası, aparılan tədqiqat işləri haqqında geniş məlumat verilib. Jurnalda həmçinin tanınmış jurnalist Tomas Marsdenin institutun direktoru, akademik Teymur Kərimlidən aldığı geniş müsahibə dərc olunub.



28.09.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA BDU-NUN "SABAH" QRUPLARININ TƏLƏBƏLƏRİ ÜÇÜN SİLSİLƏ MÜHAZİRƏLƏR OXUNACAQ

27 sentyabr 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu institutun direktoru, akademik Teymur Kərimlinin razılığı və institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfovun təşəbbüsü ilə, hər il olduğu kimi, 2017-2018-ci tədris ilində də "SABAH" qruplarının tələbələri üçün mühazirələr oxunur. Bu tədris ilində ilk mühazirəni Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d. Kərimulla Məmmədzadə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri üçün oxuyub. Qeyd edək ki, mühazirələr "Azərbaycanın yazılı abidələrinin dili" fənni çərçivəsində hyata keçirilir.


28.09.2017

İRANDA NƏŞR OLUNAN “KÖRPÜ” JURNALINDA ƏLYAZMALAR İNSTİTUTU HAQQINDA GENİŞ MƏQALƏ DƏRC OLUNUB

Təbrizdə nəşr olunan “Körpü” jurnalının 2017-ci il mart-aprel tarixli (1396-cı il fərvərdin ayı) 74-cü sayında tədqiqatçı  alim, Təbriz Azad Universitetinin professoru  Məhəmədəmin Soltan əl-Qorrayinin “Bakı yaddaşı” adlı geniş məqaləsi çap olunmuşdur.  Ötən il noyabrın 18-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr edilmiş “Azərbaycan Əlyazmaları Dünya Kitabxanalarında” adlı I Beynəlxalq Elmi –Nəzəri Konfransda iştirak edən təbrizli qonaq öz təəssüratlarını “Körpü”nün oxucuları ilə bölüşmüşdür. Qeyd edək ki, professor Məhəmmədəmin Soltan əl-Qorrayi  həmin konfransda “Şah İsmayıl Xətai “Külliyyat”-nın nadir əlyazma nüsxəsinin tanıdılması” adlı geniş məruzə ilə çıxış etmişdir. 


27.09.2017

ƏLYAZMALAR İNSTİTUTU İLƏ MİSİR MƏRKƏZİ KİTABXANASI ARASINDA MÜQAVİLƏ İMZALANDİ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın bir çox ölkələrinin aparıcı elmi-tədqiqat müəssisələri ilə yaxından əlaqə saxlayır. Belə ölkələrdən biri də tarixən Şərqdə elm və mədəniyyət mərkəzi sayılan Misir Ərəb Respublikasıdır. Bu ölkədə fəaliyyət göstərən “Dərül-kutub vəl-vasiq əl-qaumiyyə” adlanan Misir Mərkəzi Kitabxanası ilə Əlyazmalar İnstiututu uzun müddətdir ki, elmi sahədə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığı daha da inkişaf  etdirmək məqsədi ilə  26 sentyabr 2017-ci il tarixdə Bakı şəhərində Əlyazmalar İnstitutunun binasında ikitərəfli əməkdaşlıq barədə müqavilə imzalanıb. 


25.09.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ ANKARADA KEÇİRİLMİŞ MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARA HƏSR OLUNMUŞ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

21 sentyabr 2017-ci il tarixində Türkiyənin paytaxtı Ankarada görkəmli şair Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına həsr olunmuş "Ortak Kültürümüzün Şairi: Şehriyar" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Ankara Universitetində İran Araşdırmaları mərkəzinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Nüfuzlu tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov iştirak etmiş və Şəhriyar yaradıcılığının şimali Azərbaycandakı ədəbiyyatla əlaqəsinə dair məruzə ilə çıxış etmişdir.


22.09.2017

ƏMƏKDAŞLIQ MEMARANDUMUNUN ŞƏRTLƏRİ MÜZAKİRƏ OLUNUB

22 sentyabr 2017-ci il tarixdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tatyana Abbasova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Qonağı həmin institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov və “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova qarşılayıb. Özbəkistanlı alimə Əlyazmalar İnstitutunun tarixi, fəaliyyət istiqaməti və burada icra olunan işlər barədə məlumat verilib. 


22.09.2017

ƏLYAZMALAR İNSTİTUTU İLƏ FRANSA MİLLİ KİTABXANASI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli Fransa Milli Kitabxanası Əlyazmalar Departamentinin rəhbəri, professor Mari Jenevyeva-Quesdonun dəvəti ilə sözügedən təşkilatın iş təcrübəsini yaxından öyrənmək məqsədilə Parisdə səfərdə olub.

<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014