ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

19.05.2015

AKADEMİK TEYMUR KƏRİMLİNİN MƏQALƏSİ SCOPUS İNDEKSLİ JURNALDA DƏRC OLUNUB

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami and Shakespeare: typology of formation of literary phenomenon” (Nizami və Şekspir: ədəbi fenomenin formalaşması tipologiyası) adlı məqaləsi İtaliyada nəşr olunan SCOPUS indeksli, nüfuzlu “Mediterranean Journal of Social Sciences” jurnalında dərc olunmuşdur. Məqalədə dünya ədəbiyyatının görkəmli nümayəndələri Nizami və Şekspirin yaradıcılığı müqayisəli şəkildə tədqiq edilmiş, onları bir sənətkar kimi tipoloji cəhətdən yaxınlaşdıran xüsusiyyətlər müəyyənləşdirilmiş, paralellər və təhlillər aparılmışdır.
Müəllif bu iki dahinin timsalında orta əsrlərin dünya ədəbiyyatına Qərb və Şərq ədəbi meyarları kontekstindən yanaşmış, Nizami və Şekspir yaradıcılığını filoloji-empirik və fəlsəfi fikir süzgəcindən keçirmişdir.
Roma İctimai Elmlər və Təhsil Araşdırmaları Mərkəzi tərəfindən dərc olunan “Mediterranean Journal of Social Sciences” artıq 5 ildir ki, Niderland Krallığının “Elsevier” şirkətlər qrupuna məxsus SCOPUS indeksləşdirmə bazasına daxil edilmişdir. Bu bazada indeksləşdirilən jurnallar dünya elmi ictimaiyyəti tərəfindən birmənalı şəkildə nüfuzlu elmi nəşrlər kimi qəbul olunur.
Qeyd edək ki, bu, SCOPUS indeksli jurnalda Azərbaycan alimlərinin humanitar və ictimai elmlər sahəsində dərc etdirdiyi ilk məqalədir.



18.05.2015

SƏUDIYYƏ ƏRƏBISTANI KRALLIĞININ ELMİ MÜHİTİ İLƏ ƏLYAZMALAR İNSTİTUTU ARASINDAKI ƏMƏKDAŞLIQ DAHA DA GENİŞLƏNİR

15 may 2015-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığı Kral Abdulla adına Tədqiqat və Arxiv Fondunun (DAHAR) Milli Əlyazmalar Mərkəzinin direktoru cənab Abdulaziz Abdulrahman Alhelvan, Ticarət və Sənaye Nazirliyinin Marketinq və Kommunikasiya üzrə mütəxəssisi Hamad Abdullah Hamad Alvtian və İslam Əlaqələr Nazirliyinin müşaviri Abdulaziz Nasir əl-Saleh AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldular. Söhbət zamanı Əlyamalar İnstitutunun direktoru akademik Teymur Kərimli müştərək islam abidələrinin tədqiqində Səudiyyə Ərəbistanının alimləri ilə ortaq fəaliyyətdə maraqlı olduğunu bildirdi.


14.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA DAHA BİR MARAQLI KİTAB İŞIQ ÜZÜ GÖRDÜ

Almaniyanın “LAP LAMBERT” Akademik Nəşrlər nəşriyyatında AMEA-nın müxbir üzvi, professor, Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin müdiri Möhsün Nağısoylunun rus dilində “Şühədanamə”də poleoqrafiya, dil və tərcümə məsələləri” (XVI əsr) monoqrafiyası çapdan çıxmışdır. Giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat işində XVI əsr müəllifi Məhəmməd Hüseyn Nişatinin Azərbaycan türkcəsində yazdığı “Şühədanamə” əsəri bədii sənət, tərcümə nümunəsi, dil abidəsi kimi ətraflı tədqiq edilmişdir. Monoqrafiyada, ümumiyyətlə, orta əsrlərdə dilimizə tərcümə məsələləri ciddi tədqiqat obyektinə çevrilmişdir.

 



13.05.2015

İNSTİTUTUMUZUN ALİMİ ROMADA KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK EDİB

Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Nodo di Qordiyo" "beyin mərkəzi" və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli iştirak edib. O, konfransa “Orta əsrlər Azərbaycanında multikultural mühit” adlı məruzəsini italyan dilində təqdim edib.


13.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ DİPLOMA LAYİQ GÖRÜLMÜŞDÜR

6 may 2014-cü il tarixində Bakıdakı Alman-Azərbaycan cəmiyyətində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Əli Məmmədbağıroğluna cəmiyyətin “Körpü-Brucke” diplomu təqdim edilmişdir. Mükafat alimin XIX əsr Alman müəllifi Adolf Berjenin 1867-ci ildə Almaniyanın Leypsiq şəhərində nəşr etdirdiyi “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir ki, Adolf Berje sahib cənabının ihtimamı ilə mətbu olunubdur” kitabını əski əlifbadan transfoneliterasiya edərək çapa hazırlayıb nəfis şəkildə nəşr etdirdiyinə görə verilmişdir. Adı çəkilən məcmuə M.P.Vaqifin, Q.Zakirin və başqa Azərbaycan şairlərinin şeirlərindən ibarət topludur.



07.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN YAZILI ABİDƏLƏR XƏZİNƏSI ZƏNGİNLƏŞİR

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva AMEA-nın prezidenti akademik Akif Əlizadəyə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin XVI əsrdə üzü köçürülmüş nüsxəsinin əlyazmasını hədiyyə etmişdir.
Xatırladaq ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə 2013-cü ilin oktyabr ayında Oksford şəhərində olmuşdur.


05.05.2015

XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLI AMEA-nın QONAĞI OLMUŞDUR

AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilmişdir. Tədbirdə AMEA–nın Humanitar Elmlər Bölməsinin akademik–katibi, akademik Teymur Kərimli, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, akademik Şahbaz Muradov, professor Sakit Hüseynov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Məhəmməd Füzuli adına Əlyazmalar İnstutunun əməkdaşları, alim və professor heyəti iştirak etmişlər.


05.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA MARAQLI MƏRUZƏLƏRLƏ ÇIXIŞ ETMİŞLƏR

22-24 aprel 2015-ci il tarixdə Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq şəhərində “Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı” adlı növbəti ənənəvi 29-ci beynəlxalq konfrans keçirilmişdir.”Asiya və Afrika dəyişən dünyada” adı altında Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakultəsinin təşkilatçılığı ilə keçirilən bu konfransda Azərbaycandan olan alimlər sırasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun iki əməkdaşı–fil.ü.f.d.Əkrəm Bağırov “Töhfeyi Saminin Bakı nüsxəsələri” və elmi işçi Tahirə Əliyeva “Türk admiralı Piri Rəis və onun “Kitabi-Bəhriyyə” adlı məruzələrlə çıxış etmişlər. Hər iki məruzə şərqşünaslar tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında geniş diskusiya aparılmış, məruzəçilər onlara verilən suallara ətraflı cavablar vermiş və Əlyazmalar İnstitutunda aparılan elmi tədqiqatlarla bağlı konfrans auditoruyası ətraflı məlumatlandırılmışdır.



05.05.2015

İNSTİTUTUMUZUN ƏMƏKDAŞLARI XƏTTAT MİRZƏ ƏSƏDULLAHIN ANIM GÜNÜNDƏ İŞTIRAK ETMİŞLƏR

Bakının Yeni Suraxanı qəsəbəsindəki Mədəniyyət Evində xəttat Mirzə Əsədullah bin Abidin əs-suraxani Badkubinin (1882-1943) anım gecəsi keçirilmişdir. Tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal çıxış edərək Azərbaycan xəttatlığından, Təbriz xəttatlıq məktəbindən, onun görkəmli nümayəndələrindən, nəhayət xəttat Mirzə Əsədullahın Əlyazmalar İnstitutunda olan xətt nümunələrindən söz açmışdır. İnstitutun elmi işçilərindən Tahirə Əliyeva xəttatın yaradıcılığında istifadə etdiyi on bir xətt haqqında məlumat vermiş, Musarza Heydərov isə ümumilikdə İslam mədəniyyətindən, Qurani-Kərimin köçürülməsindən, İmam Əlinin ilk dəfə yaratdığı xətt nümunələrindən və onun ardıcıllarından söz açmışdır.


28.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 70 İLLİYİ MÜNASIBƏTİLƏ YIĞINCAQ KEÇİRİLDİ

Yığıncağı giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov qeyd etdi ki, sovet dövründə təntənə ilə qeyd edilən bir sıra ildönümləri, yubileylər müstəqillik dövründə artıq əhəmiyyətini itirmişdir, lakin faşizm üzərində qələbəni Azərbaycanda mütləq yad etmək lazımdır. Bu qələbədə Azərbaycan xalqının, neftimizin rolu əvəzsizdir. Bu müharibədə Azərbaycan xalqı böyük itkilər vermişdir. Bəşəriyyətin faşizmdən qurtulmağında Respublikamızın özünəməxsus rolu olmuşdur.
Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqqillik dövründə İkinci dünya müharibəsi veteranlarına layiq olduğu hörmət və ehtiramın bərpa edilməsində əvəzsiz xidməti olmuşdur. Prezidentimiz İlham Əliyev də onun yolunu davam etdirərək qələbənin 70 illiyinin layiqincə qeyd edilməsilə bağlı sərəncam imzalamışdır.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014