ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

02.09.2015

ƏIYAZMALAR İNSTİTUTU İLƏ MİSİRİN “DARÜL-KUTUB” KİTABXANASI ARASINDA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANACAQ

2015-ci ilin 23 fevral tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olan Misir Ərəb Respublikası Səfirliyinin mədəniyyət attaşesi – Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydynın və institut rəhbərliyinin təşəbbüsü ilə İslami dəyərlərə söykənən iki xalqın qədim mədəni irsinin, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi üçün Misirin “Darül-Kutub” kitabxanası və Əlyazmalar İnstitutu arasında yeni əlaqələrin qurulması üçün müqavilə layihəsinin hazırlanması qərara alınmışdı.
Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydydan aldığımız məlumata görə, müqavilənin şərtləri Misirin “Darül-Kutub” kitabxanası ilə razılaşdırılmış və bu ilin payız aylarında AMEA-nın Əlyazmalar İnstitutunda müqavilənin imzalanması nəzərdə tutulur.


01.09.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI PROFESSOR ƏDALƏT TAHİRZADƏNİN “AŞUROVLAR. SOYUN SƏNƏDLİ TARİXİ” ADLI KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Azərbaycan, Ukrayna və Rusiyanın arxivlərində, onlarca şəxsi arxivdə axtarışlar aparan professor Ə.Tahirzadə çar, Cümhuriyyət, sovet və müstəqillik dönəmləri dövri mətbuatını diqqətlə incələyərək, çoxlu ixtiyarların xatirələrinə baş vuraraq olduqca zəngin material toplayıb və tarixşünaslığımızda indiyədək öyrənilməmiş Aşurovlar nəslinin 300 illik tarixini ortaya qoyub. Çar dönəmində Bakı Şəhər Dumasında 5 deputatla, Cümhuriyyət Parlamentində 1 deputatla və ilk müstəqil dövlətimizdə 1 nazirlə təmsil olunaraq dövlətçiliyimizə xidmət etmiş, Azərbaycan gəmiçiliyi tarixində önəmli yer tutmuş, erməni-müsəlman qırğınlarında soydaşlarımızın müdafiəsini təşkil etmiş... Aşurovların dünəni və bugünü əsərdə Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi oxuculara təqdim edilir.



01.09.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ALİ MEDİA MÜKAFATI İLƏ TƏLTİF OLUNDU

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Zərdabişünas alim Esmira Cavadova Azərbaycanın mətbu irsinin öyrənilməsindəki xidmətlərinə görə Ali Media Mükafatı ilə təltif edilmişdir. Mükafat, diplom, medal və döş nişanı 22 iyul 2015-ci il tarixində “Milli mətbuatın 140 illik yubileyi” ilə bağlı “Gülüstan” sarayında keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən alimə təqdim olunub. Qeyd edək ki, Esmira xanım Həsən bəy Zərdabi haqqında silsilə məqalə və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti” kimi kitabların da müəllifidir.



21.08.2015

ƏLYAZMALAR İNSTİTUTU “IV BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI”NDA İŞTİRAK EDƏCƏK

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16-18 sentyabr 2015-ci ildə keçiriləcək kitab yarmarkasında Əlyazmalar İnstitutunun əlyazmalar əsasında nəşrə hazırladığı kitablar, türkdilli, farsdilli və ərəbdilli əlyazmaların çap kataloqları, əlyazmaların elektron ekspozisiya nümunələri, xarici dövlətlərin kitabxana və muzeylərində qorunan Azərbaycana aid əlyazmaların bəzilərinin elektron versiyaları və fotofaksimelisi, institutun xəzinəsində saxlanılan nadir əlyazma nümunələri, əslinə uyğun bərpa edilmiş kitab cildləri, bəzi nadir əski çap kitabları və s. nümayiş etdiriləcək.
İnanırıq ki, İnstitutumuz tərəfindən sərgilənən ədəbiyyat öz orijinallığı baxımından xüsusilə seçildiyi üçün yarmarkaya gələn kitab həvəskarları və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq və onlarda Əlyazmalar İnstitutunun fəaliyyəti barədə böyük təəssürat yaradacaq.

Sərgi haqqında ətraflı məlumatı saytımızın elanlar bölməsindən əldə edə bilərsiz.



19.08.2015

AKADEMİK RAMİZ MEHDİYEVİN “İKİLİ STANDARTLARIN DÜNYA NİZAMI VƏ MÜASIR AZƏRBAYCAN” KİTABI ÇAPDAN ÇIXIB

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Bu baxımdan görkəmli alimin yeni kitabı da olduqca təqdirəlayiqdir.
Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərib... 


19.08.2015

AKADEMİK ARIF MEHDIYEVİN ƏSƏRLƏRİNİN BİBLİOQRAFİK GÖSTƏRİCİSİ TƏTQİQATÇILAR ÜÇÜN TUTARLI MƏNBƏDİR

Filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin tərtibçi-müəllifi olduğu biblioqrafik göstərici Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, Dövlət Mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Mehdiyevin 1960-2015-ci illərdə Azərbaycan, rus və xarici dillərdə nəşr edilmiş monoqrafiya, elmi sessiya, simpozium və konfrans materiallarında, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələrini əhatə edir. Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji qaydada yerləşdirilmişdir.


15.08.2015

İNSTİTUTUMUZUN DİREKTORU AKADEMİK TEYMUR KƏRİMLİ GÖRKƏMLİ CƏRRAH CAVAD HEYƏTİN QƏBİRÜSTÜ ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Avqustun 14-də İkinci Fəxri Xiyabanda tanınmış cərrah, türkoloq alim, professor Cavad Heyətin qəbirüstü abidəsinin açılışı və xatirəsini anma mərasimi keçirilib.
Tədbirdə İranın Azərbaycandakı səfirliyinin əməkdaşları, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, mərhumum ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, akademik Teymur Kərimli görkəmli cərrahın adı ilə bağlı olan bütün tədbir və mərasimlərdə daim yaxından iştirak etmişdir. Professor C.Heyətin tibb sahəsində qazandığı nailiyyətlərlə yanaşı, Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlarını, o cümlədən Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və s. məsələlərə dair yazdığı əsərləri nəzərə alaraq demək olar ki, bu iki alimi elmi, ədəbi-bədii və s. bağlar sıx birləşdirmiş və bu, onlar arasında həm də daimi mənəvi bağlılığa səbəb olmuşdur. Bu baxımdan, akademik T.Kərimlinin abidənin açılış mərasimində də iştirakı yuxarıda deyilənlərin əyani sübutudur.



24.07.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA HƏSƏN BƏY MƏLİKOV ZƏRDABİNİN “BAKI ŞƏHƏR DUMASINDA FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN KİTAB ÇAPA HAZIRLANMIŞDIR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həsən bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən «Деятельность Гасан Бека Меликова (Зардаби) в Бакинской Городской Думе (1897-1907)» (“Həsən bəy Məlikov Zərdabinin “Bakı Şəhər Dumasında fəaliyyəti”) adlı rus dilində kitab çapa hazırlanmışdır.
Kitabı tərtib edən və ön sözün müəllifi İnstitutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, tar.ü.f.d. Esmira Cavadova, elmi redaktoru elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimovdur. 555 səhifədən ibarət olan kitab 21 iyul 2015-ci il tarixində Əlyazmalar İnstitutunun Elmi Şurasının 11 fevral 2015-ci il tarixli, 1 saylı iclasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.
Kitabda ilk dəfə tanınmış ictimai xadim və vətənpərvər ziyalı Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyəti “Kaspi” qəzetinin materialları əsasında işıqlandırılmış və dumanın iclasları haqqında şərhlər verilmişdir. Kitab tarixçilər, iqtisadçılar, Həsən bəy Zərdabi irsini öyrənənlər və geniş oxucu kütləsi üçün faydalı ola bilər.



13.07.2015

“KİTABXANA İNNOVATIKASININ ELMİ NƏZƏRİ VƏ TƏCRÜBİ MƏSƏLƏLƏRİ” ADLI MONOQRAFİYA ÇAPDAN ÇIXIB

Kitabın müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Nərminə Abdullayeva, elmi məsləhətçisi İnstitutun direktor müavini. fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, ixtisas redaktorları Əlyazmalar İnsitutunun “Elektron resurslar” şöbəsinin müdiri Firəngiz Hüseynova və “Kitabxana və elmi informasiya” şöbəsinin müdiri Qutiyera Cəfərovadır.
Monoqrafiyada qabaqcıl xarici nəzəriyyə və təcrübədə kitabxana innovasiyalarının tətbiqi məsələləri, onların növləri, innovasiya fəaliyyətinə təkan verən zəruri amillər, innovativ kitabxana xidmətinin forma və metodları araşdırılmış, elmi-təcrübi fəaliyyətdə kitabxanaların innovativ inkişafına təkan verəcək konkret təkliflər verilmişdir.



07.07.2015

VETERANLARI TƏBRİK EDİRİK!

04 iyul 2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının iclasında uzun illər səmərəli fəaliyyət və işgüzarlıqlarına görə AMEA prezidentinin 01 may 2014-cü il tarixli 64 saylı sərəncamına əsasən, aşağıda adları göstərilən bir qrup alim və digər əməkdaşlara AMEA “Birləşmiş Veteranlar Şurası” tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi təqdim edilmişdir. 

1.Haqverdiyev Həmid Adil oğlu
2.Musayeva Azadə Şahbaz qızı
3.Nurəliyeva Tahirə Nurulla qızı
4.Ramazanov Arif Feyzulla oğlu
5.Feyziyev Tahir Nəriman oğlu
6.Nəsibova Lətifə Ağabala qızı
7.Şamilova Ofelya Hacıyevna

Əmək veteranı vəsiqəsini təqdim edən İnstitutun direktor müavini fil.ü.e.d. Aybəniz Əliyeva- Kəngərli əməkdaşların bundan sonra da yorulmadan çalışacaqlarına əmin olduğunu bildirmiş, elmi və yaradıcı işlərində uğurlar diləmişdir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014