ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

14.06.2017

AZƏRBAYCAN KİTABŞÜNASLIQ ELMİNDƏ YENİLİK

14 iyun 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Kitabşünaslıq və biblioqrafiyaşünaslıq”, “Şəxsi arxivlərin tədqiqi” şöbələrinin birgə iclasında Azərbaycan elmi üçün yeni və çox aktual olan bir mövzuda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.


14.06.2017

AMERİKALI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

14 iyun 2017-ci il tarixində Amerika Birləşmiş Ştatları Kanzas Universitetinin 2 alimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Sosioloji sahədə tədqiqat aparan alimlər – doktor Levis Mennerick və əslən azərbaycanlı, doktor Mehrəngiz Nəcəfizadə Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində gender bərabərliyi, qadın azadlığı, insan haqları məsələləri, təhsil problemləri mövzusunda araşdırmalar məqsədi ilə Əlyazmalar İnstitututunun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar.


13.06.2017

AKADEMİK TEYMUR KƏRİMLİYƏ TƏŞƏKKÜR MƏKTUBU ÜNVANLANIB

Məlumdur ki, son zamanlar akademiyanın əksər elmi müəssisələrində olduğu kimi, Əlyazmalar İnstitutunda da elmin təhsilə inteqrasiyasına xüsusi diqqət yetirilir. Hər il olduğu kimi 2016-2017-ci tədris ilində də İnstitutumuzda Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi Respublikamızın nüfuzlu dövlət ali məktəblərinin tələbə və müəllim heyəti təcrübə keçmiş, institut əməkdaşları tərəfindən Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri üçün açıq dərslər təşkil olunub. Bununla yanaşı, respublikanın digər özəl universitetlərilə də əlaqələr uğurla davam edib. Bu universitetlərdən biri də “Təfəkkür” Universitetidir. 


09.06.2017

“VISION OF AZERBAIJAN” JURNALININ REDAKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLMUŞDUR

9 iyun 2017-ci il tarixdə Azərbaycan–Avropa  İttifaqı və İngilis-Azərbaycan Gənclər Cəmiyyətinin nəzdində fəaliyyət göstərən  “Vision of Azerbaijan” jurnalının redaktoru, tanınmış jurnalist Tom Marsden AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşdur. Qonağı institutun direktoru, akademik Teymur Kərimli, elmi işlər üzrə direktor müavini və fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli qəbul etmişlər. Jurnalistə institutun yaranma tarixi, keçdiyi inkişaf yolu və hazırki vəziyyəti, burada mühafizə olunan qədim əlyazma və  əski çap kitabları barədə, institutun xarici əlaqələri haqqında geniş məlumat verilmişdir. 


07.06.2017

AKADEMİK TEYMUR KƏRİMLİNİN MƏQALƏSİ SCOPUS ELMİ İNDEKSLƏŞDİRMƏ SİSTEMİNİN PERMANENT (DAİMİ) BAZASINA DAXİL EDİLİB

2017-ci ilin iyun ayında Əlyazmalar İnstitutunun direktoru,  akademik Teymur Kərimlinin “Nizami və Şekspir...” (“Nizami and Shakespeare: typology of formation of literary-phenomenon”) adlı məqaləsi Hollandiyanın “Elsevier” Korporasiyasının Beynəlxalq Elmi Qiymətləndirmə Şurası üzvlərinin yekun rəyinə əsasən SCOPUS elmi indeksləşdirmə sisteminin daimi bazasına daxil edilmişdir.  Məqaləilə Çinin Nankai Universitetinin electron kitabxanasından istifadə etməklə  “View record in Scoups” linkinə keçməklə tanış olmaq mümkündür. 
Bununla da, SCOUPS bazasının abunəçiləri olan nüfuzlu elm  və təhsil müəssisələrinin kitabxanalarına (təxminən 6000 iri kitabxana)  məqalə ilə tanış olmaq imkanı yaradılıb.



07.06.2017

ELMİ ŞURANIN 2017-Cİ İLİN BİRİNCİ YARISININ YEKUNLARINA DAİR HESABAT İCLASI KEÇİRİLİB

7 iyun 2017-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda şöbələr üzrə 2017-ci ilin birinci yarısında görülən işlərin hesabatı dinlənilib.


06.06.2017

AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  2017-ci ilin noyabr ayında İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II  Beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur.


06.06.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA MOLLA PƏNAH VAQİFƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  2017-ci ilin oktyabr ayında Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV ənənəvi Respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur


05.06.2017

Akademik Teymur Kərimli magistrların imtahanlarında iştirak edib

5 iyun 2017 ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli institutun magistrantlarının yay sessiyasında keçiruilən ilk imtahanlarında iştirak edib və imtahanların gedişi ilə maraqlanıb. Qeyd edək ki, magistrantlar həmin gün muzeyşünaslıq ixtisası üzrə Azərbaycan mədəniyyətşünaslığı və onun aktual problemləri və kitabxanaşünaslıq ixtisası üzrə Mətnşünaslığın tarixi və nəzəri əsasları fənlərindən imtahan veriblər.



05.06.2017

Əlyazmalar İnstitutunun magistrantı təltif olunub

AMEA prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2017” adlı müsabiqəyə yekun vurulmuşdur. Müsabiqənin nəticələrinə əsasən, Əlyazmalar İnstitutunun “Dünya və Azərbaycan kitabşünaslığı (mətnşünaslıq)” ixtisası üzrə təhsil alan 1-ci kurs magistrantı Atabəyli Nəzrin Namiq qızı AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli diplom və 1000 manat pul mükafatı ilə təltif olunub. Diplomu və pul mükafatını magistranta AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014