ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

03.07.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ELEKTRON RESURSLAR BAZASI DAHA DA ZƏNGİNLƏŞİR

2015-ci ilin fevral ayında Misir Ərəb Respublikası Səfirliyinin mədəniyyət attaşesi – Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydy AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşdur. Görüş zamanı Əlyazmalar İnstitutu ilə Misir Mədəniyyət Mərkəzi arasında qarşılıqlı əməkdaşlığın yaradılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Artıq yaradılmış əməkdaşlığın nəticələrindən biri olaraq Misir Mədəniyyət Mərkəzi tərəfindən ərəb dilində 5 min adda kitabın elektron versiyası Əlyazmalar İnstitutuna hədiyyə olunmuşdur. Həmin kitablar islam tarixinə və ərəb ədəbiyyatına dair əsərlər, eləcə də ayrı-ayrı ensklopediyalar və poeziya toplularıdır. Onlardan bir-neçə nümunə aşağıdakılardır :
1.Əhdəs ət-tərix əl-isləmi-Əbdüssəlam əttərmənini
2.Çingizxan-Sərvət Akaşa
3.Cəmhərət Əşar əl-arab fil-Cahiliyyə vəl-isləm- Əbu Zeyd Məhəmməd əl-Quraşi
4. Simar əl-qulub- Əbu Mənsur əs-Səalibi
5.Əl-əlam-Xeyrəddin Zirikli
6. Qisas əl-ənbiya – Əbdülhəmid Cövdət əs-Səhar

Təqdim olunan nəşrlər arasında ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın ingilis dilində yazdığı əsərlərinin ərəb dilinə tərcümələri, eləcə də Avropa ədəbiyyatından bir sıra digər tərcümələr də mövcuddur.
Qeyd edək ki, Əlyazmalar İnstitutuna hədiyyə olunmuş ərəbdilli kitabların hazırda elektron bazasının yaradılması prosesi həyata keçirilir. Yaxın zamanda ərəbdilli kitabların elektron bazası oxucularımızın istifadəsinə təqdim olunacaq. Ümidvarıq ki, bu nəşrlər elmi tədqiqatla məşğul olan alim və mütəxəssislərimiz üçün dəyərli mənbə olacaq.



30.06.2015

DAHİ AZƏRBAYCAN ŞAİRİ İMADƏDDİN NƏSİMİNİN ŞEİRLƏRİ İSTANBULUN TOPQAPI SARAY MUZEYİNDƏKI FATEH ALBOMUNDA

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin Topqapı Saray Muzeyi ilə apardığı danışıqlar nəticəsində əldə etdiyi razılığa əsasən İnstitutun “Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsi”nin müdiri Nigar Babaxanlı İstanbulda elmi ezamiyyətdə olmuş, Topqapı sarayı muzeyində saxlanan eksponatlar üzərində araşdırma aparmışdır. Onun nəzərdən keçirdiyi bu muzey eksponatları içərisində Fateh albomundakı miniatür sənəti və xəttatlıq nümunələri sənətkarlıq baxımından yüksək dəyəri ilə seçilir.Bu əsərlərin müəllifləri içərisində Türkiyə, İran və Orta Asiya nümayəndələrinin adlarına rast gəlirik. Bunlardan Sultan Əli Yəqubi, Əbdürrəhim Xarəzmi, Şeyx Mahmud Hərəvi, Ustaq Məhəmməd Siyahqələm və başqalarını göstərmək olar.


22.06.2015

İNSTİTUTUMUZUN DAHA BİR ƏMƏKDAŞININ KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

“Elm və təhsil” nəşriyyatında Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Əliyevanın “Şərəf xanım Ər-Rumi və “Divan”ı (tekstoloji-filoloji tədqiqat və mətn)” kitabı nəşr edilmişdir. Kitabda XIX əsr Osmanlı ədəbiyyatının tanınmış nümayəndəsi Şərəf xanımın ədəbi irsi mətnşünaslıq və ədəbiyyatşünaslıq baxımından ətraflı tədqiq edilmiş, şairin şeirlər toplusu-divanının mətni verilmişdir. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Azadə Musayevadır.



02.06.2015

İNSTİTUTUMUZUN ALİMİ MÖHSÜN NAĞISOYLUNUN BERLİN UNİVERSTETİNDƏKİ ÇIXIŞI MARAQLA DİNLƏNİLMİŞDİR

27 may 2015-ci il tarixdə Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin Almaniya-Azərbaycan Forumunun dəstəyi ilə “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Berlindəki Brandenburq Elmlər Akademiyasında baş tutan bu mötəbər məclisdə Azərbaycan Respublikasının millətlərarası, multukulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdulla, Azərbaycanın Almaniyadakı Səfiri Pərviz Şahbazov, Almaniya-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Schleyer giriş nitqi ilə çıxış etmişlər.


27.05.2015

ƏLYAZMAR İNSTİTUTU DAHA BİR MÜKƏMMƏL KİTABIN NƏŞRİNDƏ ÖZ TÖHFƏSİNİ VERMİŞDİR

Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və geniş ön sözü ilə hazırlanmış “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı çapdan çıxmışdır. Əlyazmalar İnstitutunun materialları əsasında çap edilmiş əsər institutun elmi şurasının qərarı ilə nəşr edilib.
Ön sözdə akademik Ramiz Mehdiyev Yaxın və Orta Şərqin, o cümlədən, Azərbaycan və İranın tarixində silinməz iz buraxmış, Qərb tarixçilərinin “Şərqin Napaleonu” adlandırdıqları Nadir şah Əfşarın siyasi mübarizəsi barədə fikir söyləmiş, bu görkəmli dövlət xadiminin fəaliyyətini müasir dövrümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin tələbləri baxımından işıqlandırılması zərurətini vurğulamışdır.
Kitabın fars dilindən tərcüməçisi, əsəri nəşrə hazırlayan və qeydlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Rauf Şeyxzamanlı, redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
27 may 2015-ci il tarixdə AMEA-nın Rəyasət Heyətində akademik Akif Əlizadənin sədrliyi ilə kitabın təqdimat mərasimi keçirilmşdir.



27.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-nin YARADILMASININ 97-Cİ İLDÖNÜMÜ QEYD EDİLDİ

26 may 2015-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibəti ilə ümumi yığıncaq keçirildi.Toplantı iştirakçıları AXC xadimlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Toplantını giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Paşa Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində oynadığı rolu xüsusi olaraq vurğuladı, cümhuriyyətin görkəmli xadimlərinin xidmətlərindən danışdı.
Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən AXC liderlərinin irsinin nəşr sahəsundə görülən işlər barədə məlumat verdi. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz-Əliyeva Gəngərli çıxışında AXC tarixinə, cümhuriyyət liderlərinə dair araşdırmaların meydana çıxmasında Ümummilli Lider Heydər Əliyevivin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladıqları sərəncamlardakı rolunu qeyd etdi, bibloqraflar tərəfindən tərtib edilmiş AXC-yə dair bibloqrafiya barədə məlumat verdi.
İnstitutun elmi katibi, fil.ü.f.d.Əzizağa Nəcəfov Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş bədii ədəbiyyat nümunələri, cümhuriyyəti əsərlərində vəsf etmiş şairlər barədə danışdı.



25.05.2015

İNSTİTUTUMUZUN DAHA BİR ƏMƏKDAŞININ MARAQLI KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Əlyazmalar İnstitutunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun “Müasir cəmiyyətdə İslam” adlı kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib.
Qısa müddət ərzində oxucular tərəfindən maraqla qarşılanan kitabda İslam dininin təkallahlılıq, mənəviyyat, qəzavü-qədər, iman, müqəddəs kitab, həmçinin Allaha inam kimi dərin anlayışları sadə, eyni zamanda canlı, obrazlı və müasir dildə oxuculara çatdırılır. Kitab həm də onunla maraqlıdır ki, İslamın mənəvi aspektləri müəllif tərəfindən təcrid olunmuş halda deyil, təbiət və fəlsəfə elmlərindən məlum olan ümumi bilgilər fonunda tədqiq edilir. Müəllif kitabda bol-bol hədislərə istinad edir, bir çox tanınmış teoloqlardan iqtibaslar verir. Kitab teoloqlar, şərqşünaslar, həmçinin geniş oxucu kütləsi - İslam dini haqqında ətraflı məlumat almaq, xurafatı tərk etmək və bu din haqqında yanlış təsəvvürlərdən qurtulmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
Kitab Qurani-Kərim, Muhəmməd peyğəmbər (s.ə.s), İslam və islamçılıq haqqında hərtərəfli bilgilərlə tanış olmaq üçün əla fürsətdir. Məhz qeyd olunanlarla bağlı bilgi əldə etməklə İslamın müasir cəmiyyətdə oynadığı rolu öyrənə bilərsiniz.



22.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN 65 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLDİ

22 may 2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 65 illik yubileyinə həsr olunmuş “ORTA ƏSR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” mövzusunda XIV elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d.Paşa Kərimov vaxtaşırı olaraq bu mövzuda orta əsr əlyazmalarının tədqiqi ilə bağlı, Azərbaycan mədəniyyətinin tarixi problemlərinə həsr edilmiş konfrans keçirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Bildirdi ki, konfransda Respublikanın müxtəlif elmi müəssisələrindən gəlmiş tədqiqatçıların, xüsusilə də gənc araşdırıcıların öz məruzələri ilə iştirakı sevindiricidir. Plenar iclasda AMEA müxbir üzvi Möhsün Nağısoylu, filolgiya üzrə elmlər doktorları: Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, Mahirə Quliyeva, Nailə Səmədova, Nəsrulla Məmmədov, filologiya üzrə fəlsəfə doktorları: Könül Hacıyeva, Lalə Əlizadə, Xuraman Hümmətova və tədqiqatçı İbrahim Quliyev çıxış etdilər. Fasilədən sonra konfrans mətnşünaslıq, mənbəşünaslıq və multidistiplinar əlyazmaların araşdırılması bölmələri üzrə davam etdirildi.



19.05.2015

AKADEMİK TEYMUR KƏRİMLİNİN MƏQALƏSİ SCOPUS İNDEKSLİ JURNALDA DƏRC OLUNUB

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami and Shakespeare: typology of formation of literary phenomenon” (Nizami və Şekspir: ədəbi fenomenin formalaşması tipologiyası) adlı məqaləsi İtaliyada nəşr olunan SCOPUS indeksli, nüfuzlu “Mediterranean Journal of Social Sciences” jurnalında dərc olunmuşdur. Məqalədə dünya ədəbiyyatının görkəmli nümayəndələri Nizami və Şekspirin yaradıcılığı müqayisəli şəkildə tədqiq edilmiş, onları bir sənətkar kimi tipoloji cəhətdən yaxınlaşdıran xüsusiyyətlər müəyyənləşdirilmiş, paralellər və təhlillər aparılmışdır.
Müəllif bu iki dahinin timsalında orta əsrlərin dünya ədəbiyyatına Qərb və Şərq ədəbi meyarları kontekstindən yanaşmış, Nizami və Şekspir yaradıcılığını filoloji-empirik və fəlsəfi fikir süzgəcindən keçirmişdir.
Roma İctimai Elmlər və Təhsil Araşdırmaları Mərkəzi tərəfindən dərc olunan “Mediterranean Journal of Social Sciences” artıq 5 ildir ki, Niderland Krallığının “Elsevier” şirkətlər qrupuna məxsus SCOPUS indeksləşdirmə bazasına daxil edilmişdir. Bu bazada indeksləşdirilən jurnallar dünya elmi ictimaiyyəti tərəfindən birmənalı şəkildə nüfuzlu elmi nəşrlər kimi qəbul olunur.
Qeyd edək ki, bu, SCOPUS indeksli jurnalda Azərbaycan alimlərinin humanitar və ictimai elmlər sahəsində dərc etdirdiyi ilk məqalədir.



18.05.2015

SƏUDIYYƏ ƏRƏBISTANI KRALLIĞININ ELMİ MÜHİTİ İLƏ ƏLYAZMALAR İNSTİTUTU ARASINDAKI ƏMƏKDAŞLIQ DAHA DA GENİŞLƏNİR

15 may 2015-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığı Kral Abdulla adına Tədqiqat və Arxiv Fondunun (DAHAR) Milli Əlyazmalar Mərkəzinin direktoru cənab Abdulaziz Abdulrahman Alhelvan, Ticarət və Sənaye Nazirliyinin Marketinq və Kommunikasiya üzrə mütəxəssisi Hamad Abdullah Hamad Alvtian və İslam Əlaqələr Nazirliyinin müşaviri Abdulaziz Nasir əl-Saleh AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldular. Söhbət zamanı Əlyamalar İnstitutunun direktoru akademik Teymur Kərimli müştərək islam abidələrinin tədqiqində Səudiyyə Ərəbistanının alimləri ilə ortaq fəaliyyətdə maraqlı olduğunu bildirdi.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014