ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

21.04.2017

TƏLƏBƏLƏR CƏFƏR CABBARLININ EV MUZEYİNİN SƏYYAR SƏRGİSİ İLƏ TANIŞ OLUBLAR

Bakı Slavyan Universitetinin “Sabah” qruplarının tələbələri Azərbaycan Dillər Universitetinin foyesində təşkil olunmuş Cəfər Cabbarlının Ev Muzeyinin səyyar sərgisi ilə tanış olublar. Sərgi ilə tanışlıq AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, Bakı Slavyan Universitetin “Sabah” qruplarının müəllimi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfovun “Ədəbiyyatdan praktikum” fənni çərçivəsində baş tutub. Tələbələr böyük dramaturq, şair, nasir və publisist Cəfər Cabbarlının həyatı, yaradıcılığı və mədəni-ictimai fəaliyyəti haqqında geniş məlumat əldə ediblər.


16.04.2017

TARİXŞÜNASLIĞIMIZDAKI BOŞLUĞU DOLDURA BİLƏCƏK KİTAB

 Məhbubə Tehrani. Kərim xan Zənd. Bakı: Elm və təhsil, 2017, 224 səh.               
              AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İranın  Şəhid Behişti Universitetinin müəllimi, tədqiqatçı-alim Məhbubə Tehraninin “Kərim xan Zənd” əsəri  işıq üzü görmüşdür. M.Tehraninin bu əsəri ilk dəfə 2007-ci ildə İranda çap edilsə də, nəşriyyatlar oxucu tələbatını nəzərə alaraq onu qısa müddət ərzində dörd dəfə nəşr etmişlər. Kitab İran və Azərbaycan tarixşünaslığında nisbətən az öyrənilmiş bir dövrün-Nadir şah Əfşarın qətlindən sonra Qacarların hakimiyyətinə qədərki mərhələnin təsvir və təhlilinə həsr edilmişdir. 


15.04.2017

TÜRKİYƏLİ QONAQLAR ƏLYAZMALAR İNSTİTUTUNDA FOLKLOR VƏ TƏRİQƏTLƏ BAĞLI İŞLƏRLƏ TANIŞ OLMUŞLAR

14 aprel 2017-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhəri Qazi Universitetinin əməkdaşları professor Mustafa Sevən,  doktor Özcan Dəmir və Qars şəhəri Qafqaz Universitetinin araşdırmaçısı Əli Gök AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutunda olmuşlar. Qonaqları Əlyazmalar İnstitutunun direktor müavinləri,  filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov qarşılamışlar. Qonaqlar Əlyazmalar İnstitutunda folklor abidələri, xalq inancları,  təsəvvüflə bağlı tədqiqat işləri ilə maraqlanmışlar. İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov Türkiyyəli qonaqların suallarını cavablandırmışdır.  


14.04.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA YENİ SAYT YARADILDI

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi jurnalları haqqında məlumatı, onların redaksiya heyətini, müəlliflərə tövsiyələri və jurnalların elektron versiyasını özündə ehtiva edən yeni “manuscript.az” saytı yaradılmışdır.
Saytdan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda nəşrə hazırlanan “Əlyazmalar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” adlı elmi jurnallar barədə məlumat əldə etmək mümkün olacaq. Maraqlananlar həmin jurnallarda dərc olunmuş məqalələrin elektron versiyasını onlayn oxuya biləcəklər.



14.04.2017

ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR

14 aprel 2017-ci il tarixdə  London İsmaili Təriqətinin Araşdırma Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yaniş Esots və Qüds Hayfa Universitetinin doktoru Roy Vilozni AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə fəlsəfə doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov və elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılamışlar. 


10.04.2017

AKADEMİK VASİM MƏMMƏDƏLİYEV HAQQINDA DƏYƏRLİ TƏDQİQAT İŞİ

10 aprel 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ərəbdilli əlyazmaların tədqiqi” və “Farsdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclası keçirilmişdir. İclasda Əlyazmalar İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantı, QMİ-nin sədr müavini, İslam Universitetinin “İslamşünaslıq” fakultəsinin dekanı Fuad İzzət oğlu Nurullayevin 7213.01 – dinşünaslıq ixtisasından fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyəti”  mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir. 

10.04.2017

DƏRVİŞ MƏHƏMMƏD NİDAİNİN "MƏNAFEÜN-NAS" ƏSƏRİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Dərviş Məhəmməd Nidai. Mənafeün-nas.-Bakı, “Ecoprint”, 2017.-204 s.
        AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Dərviş Məhəmməd Nidainin “Mənafeün-nas” əsərini çap etmişdir. XVI əsrdə yaşamış türk şairi və təbibi Dərviş Məhəmməd Nidai bu əsərini tibbi biliklərə həsr etmişdir. Kitabda qədim dövrün xəstəlikləri, onların əmələ gəlmə səbəbləri, mənşəyi, əlamətləri, müalicə üsulları və dərman vasitələri haqqında məlumat verilir.

Əsər qədim təbabətlə məşğul olanlar və bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulmuşdur. Əsəri Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal transfonoletirasiya edib nəşrə hazırlamışdır. Altımış babdan ibarət olan kitaba tarix üzrə elmlər doktorları Tahirə Həsənzadə, Fərid Ələkbərli və Axund Hacı Gülbala Fənai rəy vermişlər.



07.04.2017

AZƏRBAYCAN ƏDƏBİYYATI LİTVA MƏTBUATINDA

10 mart 2017-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Vilnüsdə təqdimat tədbirində iştirak etmişdir. Litvanın Trakay şəhərində litvaca nəşr olunan „Trakų zemė“ (“Trakay torpağı”) adlı rayon qəzetinin iki nömrəsində Cəlil Məmmədquluzadənin 2016-cı ildə litvaca işıq üzü  görmüş “Nigarançılıq” kitabının təqdimat tədbiri və həmçinin Mirzə Cəlilin yaradıcılığına həsr edilmiş ədəbi-publisistik məqalə çap edilibdir.

Məqalə “Həmyaşıdların dolayısı yolla görüşü” adlanır. Yazının müəllifi - humanitar elmlər doktoru, dosent, türkoloq araşdırmaçı, Litva Respublikasının Azərbaycan və Türkiyədəki sabiq Səfiri, karay türkü kökənli xanım Halina Kobetskaytedir.

 


07.04.2017

RUHİ BAĞDADİ “DİVAN”ININ DİLİ HAQQINDA DOKTORLUQ İŞİ MÜZAKİRƏ OLUNUB

5 aprel 2017-ci il tarixində  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran məsələ Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Aygül Ağamusa qızı Hacıyevanın 5710.01 – Türk dilləri ixtisasından filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Ruhi Bağdadi “Divan”ının dili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi olub.  Qeyd edək ki, iş Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayevanın rəhbərliyi altında ərsəyə gəlib.


04.04.2017

ƏLYAZMALAR İNSTİTUTU TÜRKİYƏDƏ YAŞAMIŞ HƏMYERLİMİZİN DİVANINI ƏLDƏ ETMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə etmişdir. Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşamışdır. O,1943-cü ildə vəfat etmişdir.
          M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olmuşdur. Talibinin kiçik həcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın şəkildə göstərməkdədir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014