ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.05.2017

TEHRANDA “YUSİF VƏ ZÜLEYXA” POEMASI PAŞA KƏRİMOVUN GENIŞ ÖN SÖZÜ İLƏ ÇAP OLUNMUŞDUR

Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması İstanbulun Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilmişdir. 


10.05.2017

İSLAM HƏMRƏYLİYİ İLİNƏ TÖHFƏ

Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunmuşdur. Türkə və türklüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Qeyd edək ki, Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya yayılmış, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunmuşdur. 


05.05.2017

ƏMƏKDAŞIMIZ ELMLƏR DOKTORU DİPLOMUNU ALDI

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Zəkiyyə Ağababa qızı  Əbilovanın fəlsəfə üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün (7214.01-dinin tarixi və fəlsəfəsi) Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin islam əqaidi mövzusunda müdafiə etdiyi dissertasiya işi bu günlərdə AAK tərəfindən təsdiq edilmiş və əməkdaşımıza doktorluq diplomu verilmişdir.
        Bu münasibətlə onu təbrik edir və alimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


05.05.2017

HƏKİM QƏNİNİN “DRAM ƏSƏRLƏRİ” NƏŞR OLUNUB

Həkim Qəni “Dram əsərləri”, Bakı, “Ekoprint” nəşriyyatı, 2017, 304 s.
          AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi Şurasının qərarı ilə Həkim Qəninin “Dram Əsərləri” kitabı işıq üzü görmüşdür. Kitab ustad sənətkarın anadan olmasının 100 illiyinə həsr olunub.  Tanınmış  şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Yusif Günaydın kitaba geniş ön söz yazmış, sənətkarın yaradıcılıq xüsusiyyətlərini araşdırmışdır.


03.05.2017

ONUN İŞIQLI XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ

AMEA-nın Əlyazmalar Institutunun Farsdilli əlyazmaların tədqiqi  şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahirə Nurulla qızı Nurəliyeva vəfat etmişdir.
          T.N.Nurəliyeva 1942-ci ildə Bakıda anadan olmuş, 208 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş,  1965-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.


30.04.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN 2016-CI İLDƏKİ ELMİ FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLDİ

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.


27.04.2017

İLAHİYYATA DAİR ƏLYAZMALAR KATALOQUNUN İKİNCİ CİLDİ NƏŞR OLUNUB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub. Kataloqu institutun əməkdaşı Nailə Süleymanova tərtib etmişdir. Kitaba ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmalaraın elmi-paleoqrafik təsviri daxil dilmişdir. Qeyd edək ki, bu cilddə indiyədək haqqında heç bir yerdə bəhs edilməyən bir çox əsərlər də yer almışdır ki, onlar paleoqrafik xüsusiyyətəri, tərtibatı və yazılış tarixinin qədimliyinə görə xüsusi maraq doğurur.


21.04.2017

“ARXEOQRAFİK SƏNƏDLƏRİN TƏSVİRİ”

Cahangir Qəhrəmanov. Arxeoqrafik sənədlərin təsviri. Bakı: Elm və təhsil, 2017, 136 s.
          “Elm və təhsil” nəşriyyatı Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, Əməkdar Elm Xadimi, mərhum professor Cahangir Qəhrəmanovun “Arxeoqrafik sənədlərin təsviri” adlı əsərini nəşr etmişdir. Kitab AMEA-nın  M.Füzuli adına Əlyazmalar İnstitutunun  Elmi Şurasının qərarı ilə işıq üzü görmüşdür.  Əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və adıçəkilən institutda mühafizə olunan şah fərmanlarının, hökmlərin, qəbalələrin (alqı-satqı sənədləri), hibənamələrin (bağışlanan əşyaların sənədləri) və digər rəsmi sənədlərin təsviri öz əksini tapmışdır.  


21.04.2017

TƏLƏBƏLƏR CƏFƏR CABBARLININ EV MUZEYİNİN SƏYYAR SƏRGİSİ İLƏ TANIŞ OLUBLAR

Bakı Slavyan Universitetinin “Sabah” qruplarının tələbələri Azərbaycan Dillər Universitetinin foyesində təşkil olunmuş Cəfər Cabbarlının Ev Muzeyinin səyyar sərgisi ilə tanış olublar. Sərgi ilə tanışlıq AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, Bakı Slavyan Universitetin “Sabah” qruplarının müəllimi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfovun “Ədəbiyyatdan praktikum” fənni çərçivəsində baş tutub. Tələbələr böyük dramaturq, şair, nasir və publisist Cəfər Cabbarlının həyatı, yaradıcılığı və mədəni-ictimai fəaliyyəti haqqında geniş məlumat əldə ediblər.


16.04.2017

TARİXŞÜNASLIĞIMIZDAKI BOŞLUĞU DOLDURA BİLƏCƏK KİTAB

 Məhbubə Tehrani. Kərim xan Zənd. Bakı: Elm və təhsil, 2017, 224 səh.               
              AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İranın  Şəhid Behişti Universitetinin müəllimi, tədqiqatçı-alim Məhbubə Tehraninin “Kərim xan Zənd” əsəri  işıq üzü görmüşdür. M.Tehraninin bu əsəri ilk dəfə 2007-ci ildə İranda çap edilsə də, nəşriyyatlar oxucu tələbatını nəzərə alaraq onu qısa müddət ərzində dörd dəfə nəşr etmişlər. Kitab İran və Azərbaycan tarixşünaslığında nisbətən az öyrənilmiş bir dövrün-Nadir şah Əfşarın qətlindən sonra Qacarların hakimiyyətinə qədərki mərhələnin təsvir və təhlilinə həsr edilmişdir. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014