ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

27.09.2017

ƏLYAZMALAR İNSTİTUTU İLƏ MİSİR MƏRKƏZİ KİTABXANASI ARASINDA MÜQAVİLƏ İMZALANDİ

Müqavilənin şərtlərinə  tərəflərin  kadr mübadiləsi aparmaları, birgə elmi məcmulər nəşr etmələri, əməkdaşların qarışılıqlı şəkildə ezamiyyələri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə hüququ  və s. daxiıdir. 
Məlum olduğu kimi, tarixin bütün mərhələrində Azərbaycanla Misir arasında sıx ictimai-siyasi, dini, elmi-mədəni əlaqələr olub. Bu da ərəb alim və mütəfəkkirlərinin öz əsərlərində Azərbaycan haqqında ətraflı söhbət açmalarına, eyni zamanda azərbaycanlı müəlliflərin əsərlərinin dünyanın bu qədim mədəni mərkəzinə gedib çıxmasına səbəb olmuşdur.
Məlumdur ki, sovet dönəmində Azərbaycan alimlərinin Misirin elmi-mədəni mərkəzləri ilə birbaşa əlaqə saxlamaları, həmin mənbələrdən istifadə etmələri çətin olub.  Yalnız müstəqillik dönəmində Azərbaycan alimləri belə imkan əldə etmişlər.
Müqavilədə əsas şərtlərdən biri məhz  Misir Mərkəzi Kitabxanasında  ölkəmiz haqqında olan mənbələri aşkarlamaq, onların surətini əldə etmək və onları geniş oxucu auditoriyasına təqdim etməkdir.
            Müqaviləni Misir Mərkəzi Kitabxanasının direktoru, doktor Əhməd Şövqi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli imzalayıblar. Mərasimdə Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbərl, doktor Əhməd Sami Elaydi, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri, professor Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov və digər şəxslər də iştirak ediblər. P.Kərimov mərasimdə çıxış edərək Misir Mərkəzi Kitabxanası ilə Əlyazmalar İnstitutunun əlaqələrinin uzun bir tarixə malik olduğunu və müqavilənin özülünün çox-çox illər öncə qoyulduğunu bildirib.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014