ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

04.12.2017

ƏHMƏD ANATOLLUYA HƏSR OLUNMUŞ KİTABLARIN TƏQDİMATI OLDU

Təqdimatı Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq  Sona Xəyalın  mədəni-tarixi, elmi-ədəbi irsimizin müxtəlif arxivlərdən toplanıb ərsəyə gəlməsindəki xidmətlərindən danışıb. O, bu kitabların ilk dəfə çap olunduğunu  və gələcəkdə ciddi tədqiqat obyektləri olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov 100 kitab ərsəyə gətirmiş Sona Xəyalın təkcə bu il ərzində 7 kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb. Ə.Nəcəfəov S.Xəyalın elmi-tədqiqatının çoxşaxəli olduğunu və onun ədəbiyyatla yanaşı, tarix, tibb, coğrafiya və s. sahələri əhatə etdiyini vurğulayıb.  Əhməd Anatollunun  “Əlli il Azərbaycan səhnəsində” adlı əsərindən danışan Ə.Nəcəfov adıçəkilən kitabda böyük aktyor-yazıçının bütün səhnə əsərlərinin, xatirələrinin, şeirlərinin, publisistik yazılarının toplandığını  bildirib. O, bu kitabın tədqiqatçılara geniş meydan verəcəyini, dövrün sənət-ədəbiyyat mənzərəsini canlandırmağa şərait yaradacığıbnı bildirib.
Sonra kitabın redaktorlarından olan Nəbibə Səfərova söz alaraq kitab üzərində iş prosesindən danışıb. O, Əhməd Anatollunun aktyor kimi məşhur olmasına baxmayaraq, onun həm də istedadlı dramaturq, şair,  yazıçı olduğunu bildirib. Redaktor onu da bilsirdi ki, məşhur məzhəkəçi kimi tanınan müəllif, adətən, oynadığı səhnəcikləri özü yazmışdır. Bu səhnəciklər həm mənzum, həm həm  mənsur, həm də nəzmlə nəsrin növbələşdiyi əsərlərdir.
Əhməd Anatollunun yetişdiyi mühitin yetirməsi olan, şair Həsən Qulamov Əlyazmalar İnstitutunun əməkdaşlarının əməyindən qürur duyduğunu bildirib. O, bu institutun əməkdaşlarının son dərəcə xeyirxah missiya  yerinə yetirdiyini, xalqımızın gizli qalan sərvətlərini üzə çıxardığını qeyd edib.
Şair-publisist Fəxrəddin Meydanlı Əhməd Anatollunun təkcə publisistik yaradıcılığından saatlarla danışmaq mümkün olduğunu bildirib. O, sonra öz şeirlərindən nümunələr oxuyub.
Görkəmli tədqiqatçı və istedadlı yazıçı Teyyub Qurban adıçəkilən kitabda toplanan əsərlərin daim yaşayacağını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, şair Arif Buzovnalı Əlyazmalar İnsititutunda qorunan əlyazmaların toplanıb nəşrə hazırlanmasının çətinliklərindən danışıb.  Sonra şair Musa Ələkbərli, Hafiz Rüstəm, Ayaz Arabaçı və digərləri çıxış edərək nəşr olunan kitabların dəyərindən söhbət açıblar.
Sonda Əhməd Anatollunun nəticəsi Qorxmaz Səfərov  söz alaraq kitabların ərsəyə gəlməsində xidməti olan hər kəsə minnətdarlığını bildirib.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014