ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

21.12.2017

MİSİRLİ ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

Görüşü giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli Əlyazmalar İnstitutunun əlaqələrinin getdikcə genişlənməsindən, “İslam həmrəyliyi ili” çərçivəsində institutda həyata keçirilən layihələrdən ətraflı bəhs edib. O, bu tədbirlərin gələcəkdə də davamlı olacağına əmin olduğunu vurğulayıb.
           Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifli Misirdən gəlmiş alimlər barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra adıçəkilən ölkədə 1 milyondan artıq əlyazmanın mühafizə olunduğunu diqqətə çatdırıb. O, Misirin Əlyazmalar İnstitutu ilə təcrübə və kadr mübadiləsinin hər iki ölkə üçün səmərəli olduğunu vurğulayıb. 
Süveyş Kanalı Universitetinin professoru, ədəbiyyat və humanitar elmlər fakültəsinin təsisçisi və dekanı Əbdül Rəhim tədbir iştirakçılarına əlyazmalar və onların spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib. O, bəşəriyyətin əlyazmalarla bağlı şifahi, yazılı və danışıqdan ibarət üç mərhələdən keçdiyini  qeyd edib. O, ərəb islam mədəniyyətini ərəb əlyazmalarını qoruyan mədəniyyət kimi xarakterizə edib. Əlyazmalar üzərində işin bərpadan, araşdırmadan və oxudan ibarət olduğunu bildirən alim təkcə Misir Əlyazmalar İnstitutunda deyil, məscidlərdə və evlərdə də əlyazmaların mühafizə olunduğunu bildirib. O, əlyazmaların ilk dəfə xarici ölkə şərqşünasları tərəfindən araşdırıldığını və tədqiqat zamanı bilərəkdən xeyli “təhriflərə” yol verildiyini də nəzərə çatdırıb.
Daha sonra söz alan İslam Əməkdaşlıq Təşkilatı nəzdində Misir Əlyazmalar İnstitutunun xəttatı Mustafa Məhəmməd Amri Əlyazmalar İnstitutunun əməkdaşlarına üz tutaraq onları qədim sivilizasiyanı qoruyan qəhrəmanlar adlandırıb. O, əlyazmaşünas alimlərin problem və çətinliklərini başa düşdüyünü bildirib və bu işdə onlara uğurlar arzulayıb. Qonaq Qurani-kərimin dörd nüsxədən ibarət əlyazmasını köçürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb və həmin əlyazmadan gətirdiyi nümunəni instituta bağışlayıb. 
            Daha sonra Bilik Fondunun əməkdaşı Almaz Axundova çıxış edərək qonaqların səmimi qəbuluna görə institut rəhbərliyinə və əməkdaşlarına  minnətdarlığını bildirib.   
         Görüş zamanı qonaqlar Ekspozisiya zalında əlyazma nüsxələri, xəttatlıq və miniatür nümunələri ilə də tanış olmuş, institutun xatirə kitabına öz ürək sözlərini yazmışlar.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014