![]() |
Əlyazmaların kataloqlaşdırılması şöbəsinin əməkdaşları |
2008-ci ildə bərpa olunmuşdur.
Əsas fəaliyyət istiqaməti: Əlyazmalar İnstitutunda saxlanılan türkdilli, ərəbdilli və farsdilli əlyazmaların və əski çap kitablarının elmi-paleoqrafik təsviri və kataloqlaşdırılması; mövzu kataloqlarının hazırlanması; dünyanın müxtəlif əlyazma məxəzlərinin nəşr etdiyi kataloqların əldə edilməsi; kataloqlaşdırma problemi ilə əlaqədar köməkçi materialların toplanması.
Bu şöbənin ayrıca qurum kimi fəaliyyətə başlaması yaxın gələcəkdə institutda mühafizə edilən əlyazmaların kataloqlaşdırılması işinin daha da intensivləşdirilməsinə kömək edəcəkdir. |