 |
Paşa Əli oğlu Kərimov |
Paşa Əli oğlu Kərimov, filologiya elmləri namizədi, 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003-cü ildən elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir. Hazırda XVII əsr anadilli Azərbaycan lirikası üzərində doktorluq işini tamamlamaqdadır.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ankarada, Daşkənddə keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir.
2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.